ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin keçmiş direktoru Co Kent jurnalist Taker Karlson-a bildirib ki, ABŞ prezidenti Donald Tramp-ın ən yaxın müşavirlərindən biri olan Çarli Kirk İranla müharibəyə qəti şəkildə qarşı çıxıb.
Yeniera.az xəbər verir ki, Kentin sözlərinə görə, Kirk bu mövqeyini onların son görüşlərindən birində açıq şəkildə ifadə edib:
“Mən onu salamladım və o, düz gözlərimin içinə baxdı. Və çox ucadan dedi ki… ‘Co, İranla müharibəyə girməyimizə icazə vermə’.”
Məlumata görə, Çarli Kirk ötən il Yuta Vadisi Universiteti kampusunda çıxışı zamanı silahlı hücum nəticəsində həyatını itirib.
ABŞ prezidenti Donald Tramp isə onun ölümündən sonra Kirki Prezident Azadlıq Medalı ilə təltif edib.
YENİERA.AZ

