Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib – FOTO
  • İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib – FOTO
  • Qızılın qiyməti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Gündəm Ariz Əhədov02.12.2025 - 17:55
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanın Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 2-də davam etdirilib.

Yeniera.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş Elşən Babayev dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıraraq bildirib ki, Ağdərə rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan tankəleyhinə mərminin yaxınlıqlarında partlaması nəticəsində Tural Əmirov və Elçin Salmanov həlak olub, o və Yusif Həsənov isə yaralanıblar.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Elvin Məmmədov qeyd edib ki, Xocalı rayonunun Sərdarkənd kəndi ərazisində düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində o və Kamran Həsənov yaralanıb. Əlavə edib ki, həmin vaxt düşmən minaatan, snayper və digər silahlarla atəş açırdı.

Zərərçəkmiş Xalid Şükürlü ifadəsində bildirib ki, Xocalı rayonunun Malıbəyli kəndi ərazisində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində xəsarət alıb. Həmin hadisə zamanı Sadiq Məmmədov və Nicat Əhmədzadə də yaralanıblar.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Taleh Hümbətzadə qeyd edib ki, Xocavənd rayonunun Yenikənd kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atdığı artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yaralanıb. Hadisə zamanı Cavid Şavqatlı da xəsarət alıb.

Zərərçəkmiş Fazil Əmirli Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıraraq bildirib ki, Xocalı rayonunun Malıbəyli kəndi ərazisində düşmənin açdığı atəşlər nəticəsində o, Seyfəddin Cabbarov və Kamran Nəcəfov yaralanıblar.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran İlqar Qasımov deyib ki, Xocalı rayonu istiqamətində düşmən tərəfindən basdırılmış minanın partlaması nəticəsində o və Hüseyn Hüseynov xəsarət alıblar.

Məhkəmə prosesi sənədlərin və cinayət işi materiallarında olan digər sübutların tədqiqi ilə davam etdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 5-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Bənzər Xəbərlər

14.06.2026 - 23:18Ariz Əhədov

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO

14.06.2026 - 23:14Ariz Əhədov

İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO

14.06.2026 - 23:10Ariz Əhədov

Qızılın qiyməti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

14.06.2026 - 23:07Ariz Əhədov

TƏCİLİ! Köçaryan ölkədən qaçarkən hava limanında saxlanıldı

14.06.2026 - 21:43Ariz Əhədov

Bu şəxslər hərbi xidmətə çağırışdan AZAD OLUNACAQ - SİYAHI

14.06.2026 - 18:15Ariz Əhədov

Birinci müavinə ağır itki - FOTO

14.06.2026 - 17:54Ariz Əhədov

Sevda Şirəliyeva vəfat etdi - FOTO

14.06.2026 - 17:21Ariz Əhədov

İyunun 15-i ilə bağlı bu şəxslərə MÜHÜM XƏBƏR

14.06.2026 - 17:05Ariz Əhədov

Baş nazir istefa verdi - Bu ölkədə

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 757

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 345

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 059

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:154. 968
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.