Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda – Fotolar
  • Xəzər dənizində zəlzələ oldu
  • Tanınmış xanəndə vəfat etdi – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»“Virusa nəzarət edə bilmirik” – ÜST-dən xəbərdarlıq

“Virusa nəzarət edə bilmirik” - ÜST-dən xəbərdarlıq

Dünya Ariz Əhədov10.06.2026 - 11:23
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında (KDR) sürətlə yayılan Ebola epidemiyası ilə bağlı narahatlıq doğuran açıqlama verib.

Yeniera.az xəbər verir ki, ÜST-ün Səhiyyə Fövqəladə Halları və Cavab Əməliyyatları üzrə direktoru Abdirahman Mahamud bildirib ki, ölkədə yoluxmanın qarşısının alınması istiqamətində görülən tədbirlər hələlik kifayət etmir və epidemiya ilə mübarizədə ciddi çətinliklər qalmaqdadır.

“Virusa nəzarət edə bilmirik”, – o qeyd edib.

BMT-nin Cenevrədəki ofisində keçirilən mətbuat konfransında çıxış edən Mahamud deyib ki, iyunun 8-dək KDR-də 550 təsdiqlənmiş yoluxma, 101 ölüm və 19 sağalma halı qeydə alınıb. Yoluxmaların böyük hissəsi ölkənin şərqində yerləşən İturi əyalətində aşkarlanıb.

Onun sözlərinə görə, son həftələrdə yoluxma hallarının artması testlərin və təmasların izlənməsinin genişləndirilməsi ilə bağlıdır. Bunun müsbət hal olduğunu vurğulayan Mahamud əlavə edib ki, hazırda təxminən 100 şübhəli yoluxma faktı üzrə araşdırmalar davam edir.

ÜST rəsmisi bildirib ki, təşkilat KDR-də yerli hakimiyyət orqanları və beynəlxalq tərəfdaşlarla birlikdə epidemiyanın nəzarət altına alınması üçün səylərini davam etdirir.

Mahamud Uqandadakı vəziyyətə də toxunaraq, bu ölkədə 19 təsdiqlənmiş yoluxma, iki ölüm və bir ehtimal olunan ölüm halının qeydə alındığını, lakin icmalar arasında geniş yayılma əlamətlərinin müşahidə olunmadığını bildirib.

KDR-də Ebola epidemiyası mayın 15-də rəsmən elan edilib. ÜST isə mayın 17-də xəstəliyin sürətlə yayılması səbəbindən beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.

Hazırkı epidemiya Ebola virusunun nadir rast gəlinən Bundibuqyo ştammı ilə əlaqədardır. Bu variant üçün hazırda təsdiqlənmiş xüsusi müalicə və ya peyvənd mövcud deyil.

Rəsmi məlumatlara əsasən, epidemiya başlayandan bəri ümumi yoluxma hallarının sayı min nəfəri keçib.

Bənzər Xəbərlər

17.06.2026 - 10:42Ariz Əhədov

Tanınmış xanəndə vəfat etdi - FOTO

17.06.2026 - 10:00Ariz Əhədov

Bu ərazidə partlayış olacaq – Nazirlik məlumat yaydı

17.06.2026 - 09:25Ariz Əhədov

Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR: İyulun 1-dən etibarən ...

17.06.2026 - 09:12Ariz Əhədov

Ötən gün faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

16.06.2026 - 22:36Ariz Əhədov

Köçəryanla bağlı SENSASİON QƏRAR 

16.06.2026 - 17:15Ariz Əhədov

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16.06.2026 - 11:55Ariz Əhədov

Reyestrə düşmək üçün 20 AZN-lik ödəniş ləğv edilir

16.06.2026 - 11:22Ariz Əhədov

Prezidentin köməkçisi müjdəni verdi: 5 milyard ayrılır

16.06.2026 - 11:12Ariz Əhədov

Sosial müavinət və təqaüd alanlarla bağlı ŞAD XƏBƏR

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 763

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:155. 984

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 347

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 060
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.