Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Trampdan səs-küylü bəyanatlar: Hörmüz, Oman, Cənubi Koreya və Kım Çen In haqqında danışdı
  • Elektrikli avtomobillərin daha bir mənfi cəhəti üzə çıxdı — Açıqlama
  • Mənzili qeyri-yaşayış sahəsinə çevirmək istəyənlərə XƏBƏRDARLIQ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Yanacaq bazarında yeni mərhələ: Azərbaycanı nələr gözləyir?

Yanacaq bazarında yeni mərhələ: Azərbaycanı nələr gözləyir?

İqtisadiyyat Gülnar Əliyeva05.08.2026 - 10:12
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Rusiyadan sonra Monqolustanın paytaxtı Ulan-Batorda da yanacaq satışına məhdudiyyətlər tətbiq edilib. Sözügedən məlumatlar ölkəmizdə də müəyyən narahatlıqlara səbəb olub.

Benzinlə bağlı nə baş verir? Azərbaycanı bu istiqamətdə nələr gözləyir? Ölkəmizdə də benzin satışına məhdudiyyətlər tətbiq edilə bilərmi? Yaxud Azərbaycan bu ölkələrə yüksək məbləğə benzin sata bilər?

Yeniera.az xəbər verir ki, Globalinfo.az-a danışan neft və qaz məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, Azərbaycanın xarici ticarət statistikası göstərir ki, 2026-cı ilin yanvar-may aylarında avtomobil yanacağı üzrə həm idxal, həm də ixrac davam etsə də, bazarda əsas diqqəti cəlb edən məqam həcmlərin özündən daha çox ticarətin coğrafiyasının dəyişməsidir:

“Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, hesabat dövründə AI-95 və AI-98 markalı benzin idxalı davam edib, dizel yanacağı üzrə isə Azərbaycan xalis ixracatçı mövqeyini qoruyub saxlayıb. Bu göstəricilər 2025-ci ilin eyni dövrü ilə müqayisədə təhlil edildikdə, premium benzin idxalında Rusiyanın payının tədricən azalması, Rumıniya və digər Avropa mənbələrinin isə mövqeyini gücləndirməsi müşahidə olunur. Bu, təkcə qiymət amili ilə deyil, həm də tədarükün şaxələndirilməsi siyasəti ilə izah oluna bilər.

Ən maraqlı məsələlərdən biri isə Gürcüstan bazarının gələcəyidir. Son onillik ərzində Gürcüstan Azərbaycan istehsalı olan dizel və benzinin əsas ixrac bazarlarından biri olub. SOCAR bu ölkədə yalnız yanacaq satmır, həm də geniş pərakəndə satış şəbəkəsinə, neft bazasına və Kulevi terminalına malikdir. Buna görə də Azərbaycanın mövqeyi təkcə ixracatçı kimi deyil, həm də daxili bazarın iştirakçısı kimi kifayət qədər güclüdür”.

Ekspert qeyd edib ki, 2025-ci ilin oktyabrında Kulevi yaxınlığında yeni neft emalı zavodunun işə düşməsi vəziyyəti dəyişməyə başlayıb:

“Müəssisə artıq 2026-cı ilin birinci yarısında təxminən 650 min ton xam neft emal edib ki, bu da zavodun layihə gücünə yaxın işlədiyini göstərir. Mövcud gücü ilə zavod ildə təxminən 1,2 milyon ton neft emal edə bilər. Nəzərə alsaq ki, Gürcüstanın avtomobil benzini və dizel yanacağına illik tələbatı təxminən 1,6–1,8 milyon ton qiymətləndirilir, yeni zavod artıq bu il daxili bazarın təxminən 60–70%-ni yerli istehsal hesabına təmin etmək potensialına malikdir. Bu isə o deməkdir ki, Azərbaycanın Gürcüstana yanacaq ixracı yaxın illərdə əvvəlki kimi sürətlə artmaya bilər və bazarda rəqabət daha da güclənəcək.

Bununla belə, Azərbaycanın mövqeyini zəifləyən deyil, dəyişən bazar şəraitinə uyğunlaşan mövqe kimi qiymətləndirmək daha düzgün olardı. Çünki SOCAR Gürcüstanda yalnız məhsul satıcısı deyil, eyni zamanda logistika və pərakəndə satış infrastrukturuna sahib olan ən iri oyunçulardan biridir. Bu üstünlük Azərbaycan üçün yaxın perspektivdə bazar payının əhəmiyyətli hissəsini qorumağa imkan verəcək”.

Bənzər Xəbərlər

18.08.2026 - 00:15Gülnar Əliyeva

Trampdan səs-küylü bəyanatlar: Hörmüz, Oman, Cənubi Koreya və Kım Çen In haqqında danışdı

17.08.2026 - 23:55Gülnar Əliyeva

Elektrikli avtomobillərin daha bir mənfi cəhəti üzə çıxdı — Açıqlama

17.08.2026 - 23:40Gülnar Əliyeva

Mənzili qeyri-yaşayış sahəsinə çevirmək istəyənlərə XƏBƏRDARLIQ

17.08.2026 - 23:10Gülnar Əliyeva

Fitnes məşqçisi Sara Əliyeva mükafata layiq görülüb

17.08.2026 - 22:45Gülnar Əliyeva

Öldürdüyü ərlərinin sayını özü də xatırlamır: “Qara dul”a AĞIR CƏZA

17.08.2026 - 22:21Gülnar Əliyeva

Pul verib ixtisas seçdirənlərə çağırış etdi

17.08.2026 - 22:19Gülnar Əliyeva

Bakıda gənc müəllim faciəli şəkildə öldü - FOTO

17.08.2026 - 21:40Gülnar Əliyeva

Kamilə Babayevaya ağır itki

17.08.2026 - 21:38Gülnar Əliyeva

Azərbaycanda dəhşətli qəza: 4 ölü, 8 yaralı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 798

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 922

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 887

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 719
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.