Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053
  • 100 RUB 1.9948
  • GBP 2.2514
  • TRY 0.0345
  • CNY 0.2540
  • GEL 0.6557
  • 100 KZT 0.3751
  • UAH 0.0379
  • AED 0.4628
İdman

Yığmamız Millətlər Liqasında üçüncü oldu

Yığmamız Millətlər Liqasında üçüncü oldu

Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunu bürünc medalla başa vurub.

Yeniera.az xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu komanda qrupdakı son oyununu Ukraynaya qarşı keçirib.

“Bayıl Arena” stadionunda baş tutan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.

Milli daha əvvəl Belçikanı 3:0, Niderlandı isə 1:0 hesabı ilə məğlub edib, İsraillə qolsuz heç-heçəyə razılaşıb.

Qeyd edək ki, turnir cədvəlindəki yekun sıralamaya əsasən, 9 xala malik Ukrayna yarışı birinci pillədə başa vurub. Komanda həmçinin Millətlər Liqasında B qrupuna yüksəlib.

İsrail 8 xalla ikinci, Azərbaycan 7 xalla üçüncü sırada yer alıb.

4 xalı olan Niderland dördüncü, xalsız olan Belçika isə beşinci yeri tutub. Sonuncular Millətlər Liqasında D qrupuna yuvarlanıblar.

Paylaş: