Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053
  • 100 RUB 1.9948
  • GBP 2.2514
  • TRY 0.0345
  • CNY 0.2540
  • GEL 0.6557
  • 100 KZT 0.3751
  • UAH 0.0379
  • AED 0.4628
Dünya

Zelenski Aİ-nin 90 milyard avroluq qərarına qəzəblənə bilər

Zelenski Aİ-nin 90 milyard avroluq qərarına qəzəblənə bilər

Macarıstanın martın 19-da keçirilən Aİ sammitindəki mövqeyi Ukraynanın müharibəni davam etdirmək üçün vacib resurslardan məhrum qala biləcəyi ehtimalını artırıb.

Yeniera.az xəbər verir ki, “Politico” nəşrinin yazdığına görə, diplomatik mənbələr Ukraynaya ayrılması planlaşdırılan kreditin bloklanmasının ciddi nəticələr doğura biləcəyini bildirir.

Mənbələrdən biri qeyd edib ki, kredit təsdiqlənməzsə, Volodymyr Zelenski buna sərt reaksiya verə bilər.

Məqalədə vurğulanır ki, Ukrayna məsələsi artıq Avropa İttifaqı daxilində ciddi fikir ayrılığı yaradıb və üzv ölkələr arasında parçalanma dərinləşir.

Eyni zamanda, Bolqarıstan Milli Radiosu məlumatına görə, Aİ Ukraynaya 90 milyard avro kredit ayrılması ilə bağlı ilkin razılığa gəlib.

Qeyd edək ki, Macarıstan daha əvvəl Kiyevin “Drujba” qaz kəməri ilə bağlı qərarına görə Rusiyaya qarşı 20-ci sanksiya paketini və Ukraynaya ayrılması nəzərdə tutulan maliyyə yardımını bloklamışdı.

YENİERA.AZ

Paylaş: