Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu küçələrdə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
  • Dağlıq ərazilərə qar yağacaq
  • Azərbaycan – Lixtenşteyn oyununun hakimləri açıqlandı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»“70 ildir yaşadığımız ev əlimizdən alınır” – Hakimə bağışlanıbmış – Video

“70 ildir yaşadığımız ev əlimizdən alınır” - Hakimə bağışlanıbmış - Video

Cəmiyyət Gülnar Əliyeva29.09.2026 - 14:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bakı sakini mülkiyyətçisi olduğu evin məhkəmə hakimi tərəfindən zorla əlindən alındığını iddia edir.

Yeniera.az xəbər verir ki, bu şikayətlə Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsi 27 ünvanında yaşayan Riyad Kərimov “Xəzər Xəbər”ə müraciət edib.

O bildirib ki, 70 ildən artıq atasının və özünün məskunlaşdığı evə 2011-ci ildə rəsmi qaydada çıxarış əldə edib. O, çıxarışı əldə edərkən məlum olub ki, ev 1998-ci ildə Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanovaya bağışlanılıb. Şikayətçi bildirir ki, evinin ondan əlavə digər şəxsə bağışlanılmasından məlumatsız olub. Məsələnin həll olunması ilə bağlı məhkəmə həyata keçirilsə də, Xumar Mərdanova prosesdə iştirak etməyib və evə dair iddiası olmadığını bildirib.

R.Kərimovun sözlərinə görə, həmin ev yeni bina tikintisi məqsədilə plana düşüb. Elə bundan sonra da Xumar Mərdanova 2023-cü ildən evi əldə etmək üçün iddia qaldırıb və qısa müddət ərzində onlara evdən çıxmalı olduqları bildirilib.

Səsləndirilən iddialarla bağlı Xumar Mərdanovanın vəkili Vasif Hüseynov bildirib ki, sözügedən mübahisəli əmlak 1947-ci ildə Püstə Həsənovanın mülkiyyətində olub: “Həmin əmlakı 1999-cu ildə yaxın qohumu Xumar Mərdanovaya notarial qaydada bağışlama müqaviləsi əsasında bağışlayıb. Fərdi yaşayış evinə Xumar xanımın mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyesterində qeydə alınmaqla, müvafiq çıxarışla rəsmiləşdirilib”.

Vəkil həmçinin qeyd edib ki, şikayətçi ailəyə evin dəyərindən artıq kompensasiya təklif olunub: “Saləddin Kərimov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini özü iddia ərizəsində mübahisəli fərdi yaşayış evinin 108,79 kvadrat metri yaşayış və 15,81 kvadrat metr həyətyanı sahəsi olan fərdi yaşayış evinin 12,2 hissəsinə çıxarışın ləğv edilməsini, qeyd edilən ölçüdə olan 12,2 hissəyə dair alqı-satqı müqaviləsinin onunla bağlanmış hesab edilməsini xahiş edib. Saləddin Kərimovun iddia tələbi ləğv edilib, Xumar xanımın qarşılıqlı iddia tələbi təmin edilərək kompensasiya ödənilməklə Saləddin Kərimov və ailə üzvlərinin mənzildən çıxarılması qət edilib”.

Sözügedən məhkəmə mübahisəsi üzrə Ali Məhkəmə tərəfindən yekun məhkəmə aktı qəbul edilib.

Sənəddə qeyd olunub ki, 1947-ci ildən Püstə Həsənovanın mülkiyyətində olmuş mübahisəli əmlak 1975-ci ildə onun vəfatından sonra vərəsəlik üzrə Nərgiz Kazakovanın mülkiyyətinə keçib və sonuncu həmin əmlakı 1999-cu ildə notarial qaydada qohumu Xumar Mərdanovaya bağışlayıb: “Hazırkı iş üzrə şikayətçi Salədin Kərimov həmin fərdi yaşayış evində 1973-cü ildən ailə üzvləri ilə birgə qeydiyyatda olmaqla yaşasalar da, həmin əmlaka dair hər hansı hüquqmüəyyənedici sənədləri olmayıb.

X.Mərdanovanın mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı qaldırdığı tələb təmin olunaraq, Kərimovlar ailəsinin kompensasiya ödənilməklə yaşayış sahəsindən çıxarılmaları qət edilib. Kərimovlar ailəsinin həmin sahədə uzun müddət yaşamaları və etdikləri yaxşılaşdırmalar nəzərə alınaraq, onlara ödənilməli kompensasiyanın məbləği yüksək həcmdə – 92 500 manat məbləğində müəyyən edilib.

Əlavə olaraq qeyd edilməlidir ki, hakim Xumar Mərdanovanın Bakı Apellyasiya Məhkəməsində işlədiyi nəzərə alınaraq, hazırkı işə apellyasiya instansiyası qismində Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb.

Göründüyü kimi, mülki mübahisə hakimin xidməti vəzifələrinin icrası ilə əlaqədar deyil, bir vətəndaş kimi onun mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olub” .///Qafqazinfo

Bənzər Xəbərlər

29.09.2026 - 14:50Gülnar Əliyeva

Bu küçələrdə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

29.09.2026 - 14:38Gülnar Əliyeva

Dağlıq ərazilərə qar yağacaq

29.09.2026 - 14:26Gülnar Əliyeva

Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı

29.09.2026 - 14:13Gülnar Əliyeva

Gömrükdən 4 milyonluq brilyant keçirmək istədi - Fotolar

29.09.2026 - 13:45Gülnar Əliyeva

Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video

29.09.2026 - 13:33Gülnar Əliyeva

Konsertdən 1 saat əvvəl xəsarət alsa da, səhnəyə çıxıb - Fotolar

29.09.2026 - 13:20Gülnar Əliyeva

Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...

29.09.2026 - 13:06Gülnar Əliyeva

Onlara yeni vəzifə verildi

29.09.2026 - 12:40Gülnar Əliyeva

Son 200 ildə edam edilən ilk qadın olacaq - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 192

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 177

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 088

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 849
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.