Bakıda 48 yaşlı qadının üzərinə hasar aşıb.
YENİERA.AZ xəbər verir ki, 1978-ci il təvəllüdlü Nuriyeva Samirə Nəsir qızı Xocəsən qəsəbəsi, Sollar küçəsi 100 ünvanında piyada hərəkət edərkən boş torpaq sahəsinin ətrafına mişar daşları ilə hörülmüş hasarın üzərinə aşması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

