Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki – Video
  • Bakıda avtobus ağaca çırpıldı: 11 yaralı var – Video
  • İlham Əliyev Fərman İmzaladı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atdılar – Dəhşətli cinayətin ŞOK DETALLARI

75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atdılar - Dəhşətli cinayətin ŞOK DETALLARI

Hadisə Gülnar Əliyeva02.07.2026 - 22:48
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Naxçıvan Ali Məhkəməsində 1986-cı il təvəllüdlü Aypara Əsgərova və 1987-ci il təvəllüdlü Firuzə Seyidovanın apellyasiya şikayəti üzrə məhkəmə baxışı davam edir.

Yeniera.az Musavat.com-a istinadən xəbər verir ki, onlar Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalaraq qərardan apellyasiya şikayəti veriblər.

Birinci instansiya məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə baxılan cinayət işi üzrə Aypara Əsgərova və Firuzə Seyidova tamah məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla adam öldürməkdə təqsirli biliniblər. Məhkəmənin hökmünə əsasən, Aypara Əsgərova 14 il 6 ay, Firuzə Seyidova isə 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hər iki məhkumun üç övladı var.

İttihama görə, hadisə ötən il aprelin 19-da Şərur rayonunun Oğlanqala kəndində baş verib. Kənddə tək yaşayan 75 yaşlı Zeynəb İsmayılova imkanlı qadın kimi tanınıb. İstintaq materiallarında qeyd olunur ki, onun insanlara borc verməsi və üzərində nağd pul saxlaması təqsirləndirilən şəxslərin diqqətini cəlb edib. Maddi sıxıntılar yaşayan Aypara Əsgərova Zeynəb İsmayılovanın pulunu ələ keçirmək məqsədilə cinayət planı hazırlayıb və bu barədə Firuzə Seyidova ilə razılığa gəlib.

Hadisə günü Zeynəb İsmayılova Aypara Əsgərovanın evinə gəlib və paltarlarını yumaq üçün paltaryuyan maşından istifadə edib. İttihama görə, qadın paltarları götürmək üçün əyildiyi anda ona arxadan çəkic və dəmir linglə baş nahiyəsinə çoxsaylı zərbələr endirilib. Ağır xəsarətlər alan Zeynəb İsmayılovanın daha sonra boğularaq öldürüldüyü bildirilir.

Cinayətin izlərini gizlətmək məqsədilə meyit adyala bükülərək həyətdəki su quyusuna atılıb. İstintaq materiallarına görə, təqsirləndirilən şəxslər mərhumun pul və qızıl-zinət əşyalarını götürüblər, hadisəni ört-basdır etmək üçün isə müxtəlif məlumatlar yayıblar.

Qətlin üstü Aypara Əsgərovanın qısa müddətdə borclarını ödəməsinin diqqət çəkməsi ilə açılmağa başlayıb. Axtarış tədbirləri zamanı xidməti itin reaksiyası hüquq-mühafizə orqanlarını həmin həyətə istiqamətləndirib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə quyudan çıxarılan meyitin Zeynəb İsmayılovaya məxsus olduğu müəyyən edilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, mərhumun kəllə sümüyündə çoxsaylı qəlpəli sınıqlar aşkarlanıb və həmin xəsarətlərin hər biri həyati təhlükəli olub.

İstintaq zamanı Aypara Əsgərova cinayəti törətdiyini etiraf edərək, məqsədinin pulu ələ keçirib Türkiyəyə getmək olduğunu bildirib. Hazırda Naxçıvan Ali Məhkəməsində iş üzrə apellyasiya baxışı davam edir.

Bənzər Xəbərlər

03.07.2026 - 12:45Gülnar Əliyeva

Bakıda avtobus ağaca çırpıldı: 11 yaralı var - Video

03.07.2026 - 11:30Gülnar Əliyeva

Nazirlik birdəfəlik müavinətlə bağlı məlumat yaydı

03.07.2026 - 11:18Gülnar Əliyeva

Bakıda "Prius" dəmir məhəccərə çırpıldı: Ölən var

03.07.2026 - 11:05Gülnar Əliyeva

Eldar Əzizov onu rəis təyin etdi

03.07.2026 - 10:55Gülnar Əliyeva

Bu epidemiya rəsmən BİTDİ

03.07.2026 - 10:42Gülnar Əliyeva

Kəmaləddin Heydərov generalı vəzifəsindən azad etdi - FOTO

03.07.2026 - 10:30Gülnar Əliyeva

Arzumla bağlı ŞOK: "Əli Həsənovun nəvəsinə də 5 il, ona da..."

03.07.2026 - 09:00Gülnar Əliyeva

"Arzum"a verilən cəza ilə bağlı məhkəmə AÇIQLAMA YAYDI

03.07.2026 - 01:22Gülnar Əliyeva

"Arzum"un həbs olunmasına səbəb olan qəzanın yeni GÖRÜNTÜLƏRİ - VİDEO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 830

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 246

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 372

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 074
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.