ABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkilər bir sıra ilklərlə yadda qalıb.
YENİERA.az xarici mətbuata istinadən xəbər verir ki, seçkilərdə müxtəlif etnik və dini qrupların nümayəndələri ölkənin siyasi həyatında indiyədək görünməmiş uğurlara imza atıblar.
Məlumata görə, Demokratlar Partiyasının namizədi Kişa Lens Bottoms Corciya ştatının qubernatoru seçilməklə ABŞ tarixində bu vəzifəyə seçilən ilk qaradərili qadın olub. Atlanta şəhərinin keçmiş meri olan Bottoms respublikaçı rəqibi Rik Ceksonu geridə qoyaraq ştatın yeni rəhbəri seçilib.
Fotoda: Kişa Lens Bottoms

Digər tarixi nəticə Nyu-Meksiko ştatında qeydə alınıb. Belə ki, yerli amerikalıların Laquna-Pueblo xalqının nümayəndəsi olan Deb Haaland qubernator seçilərək ABŞ tarixində bu vəzifəyə yüksələn ilk yerli amerikalı qadın olub. Daha əvvəl Haaland sabiq Prezident Cozef Bayden administrasiyasında daxili işlər naziri vəzifəsini tutub.
Fotoda: Deb Haaland

Senata seçkilərdə də tarixi nəticələr qeydə alınıb. Minnesota ştatında Demokratlar Partiyasının namizədi, odjibve xalqının nümayəndəsi Pegi Flanaqan qələbə qazanaraq ABŞ Senatına seçilən ilk yerli amerikalı qadın olub. Miçiqan ştatında isə Abdul Əl-Sayed respublikaçı Mayk Rocersi məğlub edərək ölkə tarixində Senata seçilən ilk müsəlman siyasətçi kimi tarixə düşüb.
Fotoda: Pegi Flanaqan

Fotoda: Abdul Əl-Sayed

Qeyd edək ki, seçkilərin ilkin nəticələrinə görə, Demokratlar Partiyası Konqresin Nümayəndələr Palatasında və Senatda üstünlüyü əldə edib. Belə ki, Demokratlar Nümayəndələr Palatasında 224, Respublikaçılar isə 135 yer əldə ediblər. Senatda isə Demokratlar 54, Respublikaçılar 42 yer qazanıblar.///Qafqazinfo

