Gürcüstanda oktyabrın 14-də qeyd olunan “Svetitsxovloba” kilsə bayramı şərəfinə Gürcüstan prezidenti Mixail Kavelaşvili 70 məhbusu əfv edib.
Yeniera.az xəbər verir ki, bununla bağlı prezidentin mətbuat xidməti məlumat yayıb.
“Prezidentin əfv fərmanı azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza çəkən 42 nəfərə, azadlıqdan məhrumetmə cəzası çəkən 24 nəfərə şamil edilib, 4 nəfərin isə cinayəti silinib”, – deyə məlumatda deyilir.
Qeyd edək ki, “Svetitsxovloba” dini bayramı Mtsxeta şəhərindəki qədim Svetitsxovel kilsəsinin şərəfinə qeyd olunur. Svetitsxoveli Katedrali Gürcüstanın ilk və əsas kilsəsidir.
Yeganə

