Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avrasiya təhlükəsizliyi üzrə beynəlxalq konfransda iştirak etmək üçün Beləarusun paytaxtı Minskə gəlib.
Yeniera.az xəbər verir ki, bu barədə “RİA” yazıb.
Qeyd edək ki, konfrans oktyabrın 28-dən 29-dək Minskdə keçiriləcək.
Təşkilatçıların fikrincə, konfransın əsas məqsədi qlobal nizamdakı böhran, hərbi-siyasi ziddiyyətlər və əsas oyunçular arasında ünsiyyətin demək olar ki, tamamilə olmaması fonunda Avrasiya təhlükəsizliyinin perspektivlərini müzakirə etməkdir.

