İsrail daha üç girovun cəsədini geri aldığını açıqlayıb.
Yeniera.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Məlumatda bildirilir ki, Qəzza zolağında həlak olan üç girovun cəsədi Beynəlxalq Qırmızı Xaç vasitəsilə İsrailə təhvil verilib. Cəsədlər kimlik identifikasiyası üçün Milli Məhkəmə Tibb Mərkəzinə göndəriləcək.
Netanyahu qeyd edib ki, bütün girovlar geri qaytarılana qədər proses davam edəcək.
Xatırladaq ki, atəşkəs razılaşmasından sonra HƏMAS oktyabrın 13-də 20 girovu azad etmiş, 4 girovun cəsədini təhvil vermişdi. Daha sonra əlavə cəsədlər də İsrailə təqdim olunub.
Rza Əli

