“Ukrayna ilə bağlı sülh planında ərazi məsələsi ölçüyə qədər açıqlanmalıdır”.
Yeniera.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Bişkekdə keçirilən sammiti çərçivəsində deyib.
O, vurğulayıb ki, özbaşına təfsir gələcəkdə qeyri-dəqiq şərhlərə gətirib çıxara bilər.
“Əgər ərazi məsələləri həll olunursa, o zaman hər şey metrə, kilometrə qədər yazılmalıdır: hansı qoşunlar, qoşunlar haradadır, kimlər olmalıdır, kimlər olmamalıdır və s.”, – Lukaşenko çağırıb.
Lukaşenko əlavə edib ki, Amerika tərəfi bu məsələ üzərində işləyir və artıq çox böyük işlər görüb.
Yeganə

