Əfqanıstanda bir ailənin 13 üzvünü, o cümlədən bir neçə uşağı qətlə yetirən şəxs edam edilib.
Yeniera.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı Associated Press yayıb.
Edamda on minlərlə insan iştirak edib, o cümlədən qurbanların yaxınları da orada olublar.
BMT-nin Əfqanıstan üzrə xüsusi məruzəçisi Riçard Bennet bildirib ki, ictimai edam qaçılmazdır və onun dayandırılması lazımdır.
Qeyd edək ki, Əfqanıstanı idarə edən Taliban liderləri şəriət qanunları əsas gətirərək ictimai edamların bərpasını təmin ediblər.
Yeniera.az

