Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR: Ağır durumdadır
  • Ramiz Mehdiyevin ŞOK görüntüləri yayıldı – İlk dəfə… – VİDEO
  • Üç BÜRCÜN işləri tezliklə kəskin şəkildə yaxşılaşacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»“AzerGold” QSC rəqəmsal transformasiya üzrə yeni mərhələyə başlayıb

“AzerGold” QSC rəqəmsal transformasiya üzrə yeni mərhələyə başlayıb

İqtisadiyyat Ariz Əhədov17.02.2026 - 12:38
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“AzerGold” QSC 2025-2028-ci illəri əhatə edən Rəqəmsal Transformasiya Yol Xəritəsinin icrası üzrə yeni mərhələyə start verib.

İstehsalat və idarəetmə proseslərinin optimallaşdırılması, əməliyyat səmərəliliyinin artırılması və innovativ texnologiyaların tətbiqini nəzərdə tutan Yol Xəritəsi dövlət başçısının 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası sənədinin tələblərinə uyğun hazırlanıb.

Dövlət şirkətinin sözügedən istiqamət üzrə fəaliyyətinin yeni mərhələsi Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə müəyyən etdiyi strateji istiqamətlərin praktiki icrasına xidmət edir.

Qeyd edək ki, ötən müddət ərzində Yol Xəritəsi çərçivəsində bir sıra nəticələr əldə olunub. Dövlət şirkətində rəqəmsallaşma layihələrinin icrasına nəzarət üçün yeni idarəetmə mexanizmi – rəqəmsallaşma üzrə müşavir institutu yaradılıb. Həmçinin, kibertəhlükəsizlik istiqamətində layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin gücləndirilməsi məqsədilə məsul şəxslər təyin olunub.

İstehsalat zəncirində şəffaflığı təmin edən “Mədəndən Tərəziyə – Tərəzidən Emala” sisteminin birinci modulu istifadəyə verilib. Geoloji kəşfiyyat məlumatlarının idarə olunması üçün vahid informasiya sistemi yaradılıb və infrastruktur Hökumət Bulud sisteminə miqrasiya edilib. Bu addımlar məlumat təhlükəsizliyini və qərarvermə prosesinin səmərəliliyini artırıb.

Cari ilin əsas strateji mərhələsi “Məlumat əsaslı qərarvermə və analitik yetkinliyin formalaşdırılması” kimi müəyyən edilib.

Planlaşdırılan mərhələli və kompleks tədbirlər çərçivəsində müvafiq sistemlərin qurulması ilə yanaşı, struktur islahatları vasitəsilə məlumatların analitik təhlili istiqamətinin təşkili, həmçinin gələcəkdə qərarvermə proseslərinə süni intellekt  texnologiyalarının inteqrasiyası üçün müvafiq infrastruktur və institusional əsasın formalaşdırılması nəzərdə tutulur.

Həyata keçirilən layihələr Cəmiyyətin Rəqəmsal Yetkinlik İndeksinə uyğun inkişafını təmin etməyə və növbəti strateji mərhələlərin daha dəqiq planlaşdırılmasına xidmət edəcək. Bununla yanaşı, tətbiq edilən yeni texnoloji həllər şirkətin rəqabət qabiliyyətinin möhkəmləndirilməsinə və dayanıqlı inkişaf hədəflərinə çatmasına əlavə töhfə verəcək.

Bənzər Xəbərlər

29.04.2026 - 22:47Ariz Əhədov

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR: Ağır durumdadır

29.04.2026 - 22:08Ariz Əhədov

Ramiz Mehdiyevin ŞOK görüntüləri yayıldı – İlk dəfə… – VİDEO

29.04.2026 - 20:40Ariz Əhədov

Üç BÜRCÜN işləri tezliklə kəskin şəkildə yaxşılaşacaq 

29.04.2026 - 20:25Ariz Əhədov

Kəmaləddin Heydərov rəis müavini təyin etdi

29.04.2026 - 19:20Ariz Əhədov

“Almaniyada rifah dövrü başa çatdı”

29.04.2026 - 18:55Ariz Əhədov

Növbəti iclas Azərbaycanda keçiriləcək

29.04.2026 - 18:40Ariz Əhədov

Metro və avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK

29.04.2026 - 18:25Ariz Əhədov

“Neftçi” – “Qarabağ” matçının hakimləri açıqlandı

29.04.2026 - 17:52Ariz Əhədov

Bu müəllimlər də sertifikasiyaya cəlb ediləcək - Prezident təsdiqlədi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 284

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 074

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 953

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 167
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.