Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Həkimin ölməsi ilə bağlı məlumat yalandır” – Rəsmi
  • Ana və bacısını qətlə yetirən Kainat – Cəzadan azad edildi
  • Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Azərbaycan Göyçə istiqamətində irəliləyib? – XƏRİTƏ

Azərbaycan Göyçə istiqamətində irəliləyib? - XƏRİTƏ

Gündəm Ariz Əhədov11.03.2026 - 10:33
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Ermənistanda Azərbaycan ordusunun Geqarkunik (Göyçə) istiqamətində yeni post qurduğu iddiaları geniş müzakirələrə səbəb olub.

YENİERA.az publika.az-a istinadla xəbər verir ki, bu iddia hələ ötən ilin sentyabrında “Postvoyna” teleqram kanalında ortaya atılmışdı. Ermənistanın keçmiş ombudsmanı, “Birlik qanadları” siyasi təşəbbüsünün rəhbəri Arman Tatoyanın həmin vaxt mətbuat konfransı keçirərək, məsələni gündəmə gətirmişdi. Ermənistan müdafiə naziri Suren Papikyan isə parlamentdə çıxışı zamanı Tatoyanın yalan danışdığını bildirmişdi.

“Birlik qanadları” siyasi təşəbbüsü iddianı yenidən gündəmə gətirib. Anti-sülh mövqeyi ilə tanınan bu birliyin üzvləri iddia edirlər ki, əllərində Azərbaycanın yeni mövqelər əldə etdiyini sübut edən pyek görüntülər var.

Birliyin üzvü Narek Paronyan jurnalistlərə açıqlamasında iddia edib ki, Geqarkunik, eləcə də Sotk (Söyüdlü) və Vardenis (Basarkeçər) istiqamətindəki mövqelərdə dəyişikliklər olub.

“Azərbaycan ordusu Geqarkunik istiqamətində yeni post qurub. Bununla yanaşı, Sotk qızıl yatağı və Vardenis istiqamətində 8 kənd onların vizual nəzarəti altındadır. Müdafiə Nazirliyi bunu təkzib etsə də, peyk görüntülərinin araşdırılması zamanı faktlar ortaya çıxıb. Hər şey görüntülərdə təsdiqlənir, bunu təkzib etmək mümkün deyil”, – o deyib.

Daha sonra jurnalistlərə göstərdiyi peyk görüntülərini Müdafiə Nazirliyinə təqdim edib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məsələyə aydınlıq gətirib. Torosyan müxalifətin peyk görüntülərini təqdim etdiyi “Azərbaycan ordusunun yeni postu”nun mövcudluğunu təsdiq edib, lakin qeyd edib ki, SSRİ Baş Qərargahının xəritələrinə əsasən bu mövqe Ermənistan ərazisində yerləşmir.

“Məlumat səhvdir. “Google Earth” peyk xəritələri dövət sərhədinin müəyən edilməsi üçün hüquqi əsas ola bilməz. Bu xəritələrdə ciddi səhvlər var”, – o bildirib.

Torosyan bildirib ki, Ermənistan dövlət sərhədini müəyyən edərkən, SSRİ Baş Qərargahının 1975-ci il tarixli 1:100.000 miqyaslı topoqrafik xəritələrindən istifadə edir. O, bu xəritələrin hüquqi qüvvəyə malik olduğunu və müvafiq dövlət qurumları tərəfindən təsdiqləndiyini qeyd edib. Əlavə edib ki, müxalifətin yaydığı görüntülərdəki “mavi nöqtəli xətt” Azərbaycan ordusunun yeni mövqeyini göstərir, lakin bura Azərbaycanın ərazisidir.

Ermənistan Müdafiə Nazirliyi SSRİ Baş Qərargahının 1975-ci il topoqrafik xəritəsinin ekran görüntüsünü də yayıb.

Bənzər Xəbərlər

01.05.2026 - 17:00Ariz Əhədov

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar

01.05.2026 - 15:50Ariz Əhədov

Diplomatik korpusun nümayəndələri Xankəndi Zəfər parkında - Fotolar

01.05.2026 - 14:40Ariz Əhədov

Sabiq rəis azadlığa buraxıldı

01.05.2026 - 14:28Ariz Əhədov

Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında - Fotolar

01.05.2026 - 13:52Ariz Əhədov

“Yeni Klinika”nın direktoru Zəhra Vəzirova kimdir? - DOSYE

01.05.2026 - 13:28Ariz Əhədov

Nazir yeni rəis təyin etdi

01.05.2026 - 12:57Ariz Əhədov

Prezident sərəncam imzaladı

01.05.2026 - 12:10Ariz Əhədov

Azərbaycan Avropa Parlamenti ilə əlaqələri dayandırdı

01.05.2026 - 11:22Ariz Əhədov

TƏBİB-də daha 2 təyinat - Fotolar

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 323

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 108

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 960

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 183
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.