Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Əl enerjisi” ilə müalicə edən “həkim”ə otağı kirayə verən şəxs DANIŞDI – VİDEO
  • Üç dövlət qurumu birgə məlumat yaydı
  • Azərbaycanda şirkət rəhbəri vəfat etdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Baş nazir QƏRAR İMZALADI

Baş nazir QƏRAR İMZALADI

Siyasət Ariz Əhədov12.03.2026 - 16:40
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması Qaydası” təsdiqlənib.

YENİERA.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qayda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində cari ildə 15 yaşı tamam olan 18 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının (bundan sonra – çağırışaqədər yaş həddində olan vətəndaşlar) ilkin hərbi qeydiyyata alınması qaydasını müəyyən edir.

Çağırışaqədər yaş həddində olan vətəndaşların Xidmətin strukturuna daxil olan qurumlarda ilkin hərbi qeydiyyata alınması onların müddətli həqiqi hərbi xidmətə yararlılığının ilkin olaraq müəyyən olunması, hərbi xidmətə müvəqqəti yararsız hesab edilmiş şəxslərin müalicəsinin təşkil edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırış resursunun formalaşdırılması məqsədilə həyata keçirilir. Çağırışaqədər yaş həddində olan vətəndaşların ilkin hərbi qeydiyyata alınması hərbi vəzifə ilə bağlı öhdəliyin yerinə yetirilməsidir.

Hər il yanvar-may ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Xidmətin strukturuna daxil olan qurumlarda bu Qaydaya uyğun ilkin hərbi qeydiyyata alınmalıdırlar.

Çağırışaqədər yaş həddində olan vətəndaşların ilkin hərbi qeydiyyata alınması aşağıdakı sənədlər əsasında həyata keçirilir:

– doğum haqqında şəhadətnamənin surəti;

– ailə tərkibi haqqında arayış;

– təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);

– təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;

– tərcümeyi-hal;

– 6 ədəd 3×4 sm ölçüdə fotoşəkil.

Göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.

Bənzər Xəbərlər

13.03.2026 - 00:19Ariz Əhədov

Azərbaycanda şirkət rəhbəri vəfat etdi

13.03.2026 - 00:09Ariz Əhədov

Pensiya və maaşların verilmə tarixi dəyişir? – 40 gün… 

13.03.2026 - 00:05Ariz Əhədov

Ruzanna U23 Avropa çempionatının finalında

12.03.2026 - 23:35Ariz Əhədov

Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar müəyyənləşib

12.03.2026 - 19:10Ariz Əhədov

Tarif Şurası QƏRAR VERDİ

12.03.2026 - 18:45Ariz Əhədov

İcra başçısının köməkçisi vəzifəsindən azad edildi

12.03.2026 - 18:25Ariz Əhədov

Müharibə dövründə Tehranda ictimai nəqliyyat pulsuz olacaq

12.03.2026 - 18:19Ariz Əhədov

Bahar Muradova serbiyalı nazirlə görüşdü - FOTO

12.03.2026 - 18:10Ariz Əhədov

İran səfiri Azərbaycana təşəkkür etdi - Video

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 057

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 649

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 268

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 744
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.