Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
  • Quru sərhədlər açıldı? – RƏSMİ AÇIQLAMA
  • İlqar Namazov vəzifəsindən azad edildi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Bakıda cərimə üstündə DAVA: qonşusunu öldürdü -TƏFƏRRÜATLAR

Bakıda cərimə üstündə DAVA: qonşusunu öldürdü -TƏFƏRRÜATLAR

Hadisə Ariz Əhədov23.04.2026 - 21:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

CİNAYƏT İŞİ

Qısa arayış…

2024-cü il dekabrın 31-də Bakının Yasamal rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə yollanır. Məlum olur ki, hadisə Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsi, 5 ünvanında baş verib.
Baxışda iştirak edən Natiq Sultanov deyib ki, gecə saat 1 radələrində Elşən Rzayev qonşusu Bəyiş Quliyevlə mühafizə postundan 15 metr kənarda mübahisə edərək, bıçaqla ona zərbələr endirib. Bundan sonra Elşən Rzayevi hadisə yerində olan Elman Hacıyev uzaqlaşdıraraq, yaşadığı evə göndərib, yaralanan şəxs isə xəstəxanaya aparılıb. Şahid Elşən Rzayevin bıçaqla zərbələr vurarkən, ehtiyatsızlıqdan sağ əlini zədələdiyini və həmin qan ləkələrinin ona məxsus ola biləcəyini söyləyib.

Respublika Klinik Xəstəxanasına yerləşdirilən 1993-cü il təvəllüdlü Bəyiş Quliyev orada ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Elşən Rzayev 1985-ci ildə Salyan rayonunda anadan olub, 2012-ci ildə Salyan rayon məhkəməsinin hökmü ilə CM-nin 185.1-ci (avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə) maddəsi ilə 1 il 6 ay müddətinə islah işləri cəzasına, 2023-cü ildə Sabunçu rayon məhkəməsinin hökmü ilə CM-nin 177-ci (oğurluq) maddəsi ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, barələrində tərtib olunmuş inzibati protokollara əsasən Elşən Rzayev dekabrın 31-də yaşadıqları binanın həyətində, cərimələri müştərək qaydada ödəmələrini bildirsə də, Bəyiş Quliyev nalayiq ifadələr işlədərək bundan imtina edib. Həmin məsələ ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı Elşən məişət təyinatlı bıçaqla qonşusuna zərbələr vurub. Nəticədə Bəyiş Quliyev ölüb.

İş üzrə dindirilmiş Elşən Rzayev bildirib ki, Məhəmməd Xiyabani küçəsi ev 5, mənzil 98-də yaşayıb. Fərdi qaydada sifariş əsasında plastik qapı-pəncərə quraşdırılması işi ilə məşğul olub:

“Dekabr ayının əvvəlində “TikTok” platformasında, sərfəli şərtlərlə avtomobil icarəyə verildiyini görüb, Elton adlı elanın sahibindən “Ravon Nexia R3” markalı avtomobili icarəyə götürərək, taksi kimi fəaliyyət göstərirdim. Aramızdakı razılığa əsasən 3 ildən sonunda maşının adıma rəsmiləşdirilməsi şərti ilə ilkin ödəniş kimi 630 manat, gündəlik 20 manat pul verməyi, həmin müddət başa çatanadək nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etməyi öhdəliyimə götürmüşdüm. Bəyiş Quliyev qonşum idi, hadisədən təxminən 5 ay əvvəl ailə üzvləri ilə birlikdə yaşadığı binaya köçüb, həmin vaxtdan aramızda tanışlıq yaranıb.

Dekabrın 13-də Sumqayıt şəhərində yeyib-içdikdən sonra tanışım Cəsur Cavadovla birlikdə Yeni Yasamalda yaşadığım ərazidə fəaliyyət göstərən kafeyə gəldim. Zəng edib Bəyiş Quliyevi çağırıb pivə içdik. Marketdən çörək və bəzi ərzaq məhsulları almalı olduğuma görə, onlarla müqayisədə az miqdarda spirtli içki qəbul etdiyim üçün Bəyişdən avtomobilimi sürməsini xahiş etdim. Yolda dəfələrlə Bəyişə sərxoş olduğunu, təhlükəsizlik kəmərindən istifadə etməsini desəm də, qonşum gec olduğu üçün heç bir problem yaranmayacağını söyləyərək, sözlərimə məhəl qoymadı. Saat 22:57-də Şərifzadə küçəsində manevr etmə zamanı dönmə işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə yol polisi səsgücləndirici vasitəsilə, avtomobili kənara çəkməyi tələb etdi. İnspektor yaxınlaşıb özünü təqdim etdi və sənədləri təqdim etməyi xahiş edəndə, ona avtomobilin özümə məxsus olduğunu və yaxınlıqda yaşadığımızı bildirdim. Alkotester cihazı ilə Bəyişin sərxoş vəziyyətdə olması və sürücülük hüququ olmadan avtomobili idarə etməsi müəyyənləşdirildi. Bundan sonra Bəyiş tibbi müayinəyə göndərildi, maşınımı isə digər inspektor idarə edərək Salamzadə küçəsində yerləşən cərimə meydançasına apardı. İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokollar tərtib olunaraq mənə 200, qonşuma isə 500 manat cərimə yazıldı. Mənim xahişimlə Elton adlı şəxs avtomobili cərimə meydançasından çıxartdı və nəzərdə tutulan məbləği ona verməyimi bildirdi. Bəyişə ümumilikdə hər ikimizə yazılmış 700 manat cərimənin 400 manatını özümün ödəyəcəyimi söyləyərək, ondan qalan 300 manatı verməsini xahiş etdi. Cavab olaraq Bəyiş cərimələrə heç bir aidiyyəti olmadığını deyərək, pul ödəməkdən imtina etdi. Avtomobil sahibinin ünvanına nalayiq ifadələr işlətdi, bununla bağlı aramızda sözlü mübahisə yarandı”.

Elşən həmin tarixdən etibarən Bəyişlə rastlaşanda, müştərək qaydada cərimələri ödəmələrini xahiş etsə də, qonşusu hər dəfə bundan imtina edib. Dekabrın 30-da evdə araq içib, sonra Bəyişlə görüşüb, aralarındakı söhbətə aydınlıq gətirmək üçün kafeyə gedib:

“Amma onu orda tapa bilmədim. Qonşumla həyətdə rastlaşdım. Sərxoş olduğum üçün aramızdakı dialoqu dəqiq xatırlamıram. Bir daha cərimə mövzusunda danışaraq, ona düzgün hərəkət etmədiyini bildirdim. Mənim və ailə üzvlərimin ünvanına işlətdiyi nalayiq ifadələrdən əsəbiləşərək bıçaqla Bəyişə zərbələr endirdim. Elman adlı tanışım məni hadisə yerindən uzaqlaşdırdı. Qısa müddətdən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq 29-cu PŞ-nə gətirildim və qonşumun aldığı xəsarətlərdən öldüyünü öyrəndim”.

Məhkəmə iclasında Elşən Rzayev ittiham üzrə özünü qismən təqsirli bilib. Məhkəmədə, təqsirləndirilən şəxs cinayətin aləti ilə bağlı fərqli məzmunda ifadə verib. O, üzərində heç vaxt bıçaq gəzdirmədiyi, aləti Bəyiş Quliyevin əlindən alarkən, özünün də yaralandığını bildirib. Tanışına cəzalandırmaq məqsədi ilə zərbələr endirib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Rəfaqət Quliyeva ifadəsində göstərib ki, oğlu Bəyiş Quliyev dekabrın 30-u saat 19-dan etibarən yaşadıqları evdə olub, gecə saatlarında marketdən çörək almaq üçün mənzildən çıxıb, o isə qızı və nəvəsi ilə birlikdə yataq otağına keçib:

“Ayın 31-i gecə saat 1 radələrində həyətdən kiminsə “təcili yardım çağırın” deyə qışqırdığını eşitdim, qızım Hunaya həmin səsi Bəyişin səsinə bənzətdiyimi dedim. Eyni səsi ikinci dəfə eşidəndə, otağın pərdəsini aralayıb, həyətə baxdım. Qızım dərhal evdən çıxdı, mən də övladımın ardınca qaçdım. Liftlə 1-ci mərtəbəyə düşdüm, dayanan 2 nəfərdən nə baş verdiyini soruşdum. Birinin əlindən qan axırdı. Həyətdə mühafizə postunun qarşısında toplaşan şəxsləri görüb ora yaxınlaşdıq.

Oğlumu uzanıqlı vəziyyətdə, bədənindən qan axdığını gördüm. Hadisənin kim tərəfindən törədildiyini bilmədim. Sonradan Bəyişə bıçaqla zərbələr vuranın, az əvvəl liftin qarşısında qarşılaşdığımız qonşumuz Elşən Rzayev olduğunu bildim. Ətrafdakı şəxslər təcili yardımın gec gələcəyini deyib, Natiq Sultanovun şəxsi avtomobili ilə oğlumu xəstəxanaya apardılar, lakin Bəyiş aldığı xəsrətlərdən orda öldü”.

Rəfaqət Quliyeva Elşən Rzayevlə barışmadığını bildirərək, məhkəmədən ona ən ağır həddə cəza təyin edilməsini xahiş edib.

Şahid Xanım Sadıqova ifadəsində göstərib ki, 2023-cü ilin avqust ayında Salyan rayon məhkəməsinin qətnaməsinə əsasən əri Elşən Rzayevlə boşansa da, faktiki ər-arvad kimi yaşamaqda davam ediblər:

“Nikahdan 3 övladımız olub. Dekabrın 30-da Yeni il bayramı ilə əlaqədar atamla qardaşım bizə qonaq gəlmişdi. Axşam mobil telefonuna zəng gələndən sonra Elşən danışıb evdən çıxdı. Evə qayıdanda əlindən qan axırdı, üzərində bıçaq yox idi. Elşən mənə qonşuya bıçaqla xəsarət yetirdiyini bildirdi”.

Prokuror təqsirləndirilən şəxsə 14 il cəza təyin edilməsini istəyib.

Məhkəmə qənaətə gəlib ki, Elşən Rzayevin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. Ona həmin maddənin sanksiyası həddində, qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Elşən Rzayev 13 il müddətinə azadlıqdan məhrum olunub.

Bənzər Xəbərlər

24.04.2026 - 00:00Ariz Əhədov

Azərbaycanda toylarla bağlı qadağalar gəlir?

23.04.2026 - 22:20Ariz Əhədov

Quru sərhədlər açıldı? - RƏSMİ AÇIQLAMA

23.04.2026 - 22:10Ariz Əhədov

İlqar Namazov vəzifəsindən azad edildi

23.04.2026 - 22:00Ariz Əhədov

Sabah 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

23.04.2026 - 21:40Ariz Əhədov

Sahil Babayev bu qurumun prezidenti seçildi - FOTO

23.04.2026 - 17:43Ariz Əhədov

92 yaşlı kişi kafedə öldü

23.04.2026 - 17:05Ariz Əhədov

Küləklə bağlı - Xəbərdarlıq

23.04.2026 - 16:50Ariz Əhədov

Bugünkü əməliyyatda saxlanılanların - Adları

23.04.2026 - 16:25Ariz Əhədov

“Araz”dan “Bir kitab, min dünya” təşəbbüsü - Fotolar

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 174

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 974

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 919

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 108
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.