Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezident bu sazişi təsdiq etdi
  • Prezident onları təltif etdi – SƏRƏNCAM
  • “ASAN Xidmət”ə yeni səlahiyyət verildi – FƏRMAN
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»“Çexiya ilə çox fəal siyasi dialoqumuz var”

“Çexiya ilə çox fəal siyasi dialoqumuz var”

Siyasət Ariz Əhədov27.04.2026 - 13:03
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Bu, (Çexiyanın Baş nazirinin səfəri – red.) iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim çox fəal siyasi dialoqumuz var”.

Yeniera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında söyləyib.

“Bu gün bir çox məsələlər ətrafında – həm regional, həm ikitərəfli, həm daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır”, – deyə dövlət başçısı əlavə edib.

Prezident həmçinin bildirib: “Təbii ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Azərbaycan və Çexiya çox etibarlı tərəfdaşlardır”.

Dövlət başçısı deyib ki, Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur.

“Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir”, – deyə İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. O cümlədən Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir.

“Biz Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir”, – deyə İlham Əliyev söyləyib.

Bu sahənin də çox genişmiqyaslı olacağına əminliyini bildirən dövlət başçısı qeyd edib: “Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır”.

Bənzər Xəbərlər

28.04.2026 - 10:00Ariz Əhədov

Bakıda bu ərazisində yeni metro stansiyası tikilir - VİDEO

27.04.2026 - 21:43Ariz Əhədov

Prezidentin sosial şəbəkə hesablarında Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşıldı

27.04.2026 - 19:50Ariz Əhədov

 “Bunu dostluq, hörmət əlaməti kimi görürük”

27.04.2026 - 17:12Ariz Əhədov

İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar - Yenilənib

27.04.2026 - 16:25Ariz Əhədov

Məzahir Pənahov yenidən MSK sədri seçildi

27.04.2026 - 15:55Ariz Əhədov

Qəbələdə rəsmi lanç verildi - Fotolar

27.04.2026 - 13:20Ariz Əhədov

“Bizim çox səmimi dostluq münasibətlərimiz var”

27.04.2026 - 12:25Ariz Əhədov

Prezidentin Babişlə geniş tərkibdə görüşü oldu - Video - Fotolar

27.04.2026 - 12:13Ariz Əhədov

Prezident Çexiya Baş naziri ilə təkbətək görüşdü - Video - Fotolar

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 247

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 034

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 939

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 150
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.