Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Abid Şərifovun vəziyyəti ağırlaşdı
  • Qubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdi
  • FIFA prezidenti Hövsanda inşa olunan meydançalarda – FOTOLAR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Prezidentin yeni rütbələr verdiyi şəxslər kimdir? – FOTO

Prezidentin yeni rütbələr verdiyi şəxslər kimdir? - FOTO

Siyasət Gülnar Əliyeva28.09.2026 - 11:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan İsa oğlu Paşayevə II dərəcəli dövlət ədliyyə müşaviri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavinləri Emin Ramiz oğlu Mürsəliyev və Asəf Vaqif oğlu Sarıkişiyevə III dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikası Hərbi prokurorunun müavini Nihad Ənvər oğlu Şıxəliyevə isə ədliyyə general-mayoru ali hərbi rütbəsi verilib.

Yeniera.az ali rütbələrə layiq görülən şəxslərlə bağlı məlumatları təqdim edir:

Sənan Paşayev – O, Prezident İlham Əliyevin 23 may 2023-cü il sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının prokuroru təyin olunub. 30 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin əmri ilə Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsinə təyin edilib. O, bu postda sabiq sədr Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovu əvəz etmişdi. S.Paşayev daha əvvəl Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini olub. Prokuror prezident tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Emin Mürsəliyev – O, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavinidir. O, prokurorluq sistemində uzun müddət fəaliyyət göstərən və korrupsiyaya qarşı mübarizə istiqamətində rəhbər vəzifə tutan şəxslərdən biridir. Mürsəliyev 2020-ci ildə Prezidentin sərəncamı ilə prokurorluq orqanlarında xidməti vəzifələrin icrası zamanı fərqləndiyinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Hazırda Baş İdarənin rəhbərliyində fəaliyyət göstərən Mürsəliyev Prezidentin yeni sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsinə layiq görülüb.

Asəf Sarıkişiyev – O, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavinidir. O, prokurorluq sistemində uzunmüddətli xidmət yolu keçmiş rəhbər şəxslərdən hesab olunur. Sarıkişiyevin adı Prezidentin 2018-ci il tarixli sərəncamında da yer alıb. Həmin sərəncamla o, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan prokurorluq əməkdaşları sırasında olub. Hazırda korrupsiyaya qarşı mübarizə sahəsində rəhbər vəzifələrdən birini tutan Sarıkişiyevə yeni sərəncamla III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Nihad Şıxəliyev – O, 2025-ci ilin iyulundan Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsini tutur. Daha əvvəl isə Hərbi Prokurorluğun Ərizə və müraciətlər şöbəsinin rəisi olub.

Bənzər Xəbərlər

29.09.2026 - 12:28Gülnar Əliyeva

İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı - Fotolar

29.09.2026 - 12:16Gülnar Əliyeva

Prezident İnfantinonu qəbul etdi - Fotolar

29.09.2026 - 00:02Gülnar Əliyeva

Qaradağın yeni icra başçısı kimdir?

28.09.2026 - 23:58Gülnar Əliyeva

37 yaşlı yeni başçı kimdir? - DOSYE

28.09.2026 - 19:02Gülnar Əliyeva

Prezidentin Gədəbəyə təyin etdiyi yeni icra başçısı kimdir? - DOSYE

28.09.2026 - 18:54Gülnar Əliyeva

İlham Əliyev daha 2 yeni icra başçısı təyin etdi

28.09.2026 - 18:35Gülnar Əliyeva

Prezident bu rayona icra başçısı təyin etdi

28.09.2026 - 16:50Gülnar Əliyeva

Prezident FƏRMAN İMZALADI

28.09.2026 - 10:42Gülnar Əliyeva

İlham Əliyev Sərəncam İMZALADI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 199

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 179

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 092

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 850
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.