Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezidentin Gədəbəyə təyin etdiyi yeni icra başçısı kimdir? – DOSYE
  • İlham Əliyev daha 2 yeni icra başçısı təyin etdi
  • Prezident bu rayona icra başçısı təyin etdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»REDAKSİYANIN SEÇİMİ»Prezidentin Gədəbəyə təyin etdiyi yeni icra başçısı kimdir? – DOSYE

Prezidentin Gədəbəyə təyin etdiyi yeni icra başçısı kimdir? - DOSYE

REDAKSİYANIN SEÇİMİ Gülnar Əliyeva28.09.2026 - 19:02
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Xəbər verdiyimiz kimi Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bu barədə sentyabrın 28-də Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Yeniera.az yeni icra başçısının tərcümeyi-halını təqdim edir:

Hacıbaba Adil oğlu Babayev 01.01.1978-cı ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub.

1985-1993-cü illərdə orta məktəbə gedib. 1996-cı ildə N.Rəfiyev adına Naxçıvan Şəhər Kənd Təsərrüfatı Texnikumunu Mühasibat uçotu ixtisası üzrə bitirib.

1996-2000-ci illərdə Odlar Yurdu Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb, 2000-2002-ci illərdə universitetin magistratura pilləsini, 2009-2013-cü illərdə Naxçıvan Dövlət Universitetini iqtisadiyyatı tənzimlənməsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2002-2003-cü illərdə müddətli həqiqi hərbi xidmət keçib.

Əmək fəaliyyətinə 2004-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində başlayıb. 26 yanvar 2022-ci il tarixinədək həmin şöbənin baş məsləhətçisi vəzifəsində çalışıb, 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsinə yiyələnib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 26 yanvar 2022-ci il tarixli sərəncamı ilə Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Dövlət qulluqçusu kimi fəaliyyət dövründə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri tərəfindən müxtəlif vaxtlarda “Fəxri Fərman”lar və “Təşəkkürnamə”lərlə təltif edilib.

15 oktyabr 2018-ci il tarixində “Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri” İctimai Birliyi tərəfindən “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif olunub.

Azərbaycan Prezidentinin 21 iyun 2017-ci il tarixli 3015 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

05 iyul 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var!

Bənzər Xəbərlər

28.09.2026 - 18:54Gülnar Əliyeva

İlham Əliyev daha 2 yeni icra başçısı təyin etdi

28.09.2026 - 18:35Gülnar Əliyeva

Prezident bu rayona icra başçısı təyin etdi

28.09.2026 - 16:50Gülnar Əliyeva

Prezident FƏRMAN İMZALADI

28.09.2026 - 11:30Gülnar Əliyeva

Prezidentin yeni rütbələr verdiyi şəxslər kimdir? - FOTO

28.09.2026 - 10:42Gülnar Əliyeva

İlham Əliyev Sərəncam İMZALADI

28.09.2026 - 09:50Gülnar Əliyeva

Ərdoğan Əliyevə zəng edib - Yenilənib

27.09.2026 - 15:45Gülnar Əliyeva

Ərdoğandan Azərbaycanla bağlı MÜHÜM AÇIQLAMA 

27.09.2026 - 13:25Gülnar Əliyeva

DTX və XKX rəhbərləri Zəfər parkını ziyarət ediblər – FOTO

27.09.2026 - 12:20Gülnar Əliyeva

Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 171

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 163

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 080

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 847
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.