Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qaradağın yeni icra başçısı kimdir?
  • 37 yaşlı yeni başçı kimdir? – DOSYE
  • Prezidentin Gədəbəyə təyin etdiyi yeni icra başçısı kimdir? – DOSYE
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Qaradağın yeni icra başçısı kimdir?

Qaradağın yeni icra başçısı kimdir?

Siyasət Gülnar Əliyeva29.09.2026 - 00:02
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeniera.az xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəkar təcrübəyə malik, tarix üzrə fəlsəfə doktorudur.

O, 2007-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə həmin universitetdə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2015-ci ildə hüquq üzrə ikinci ali təhsil çərçivəsində magistratura pilləsini başa vurub.

Təhsil aldığı universitetdə pedaqoji fəaliyyətlə yanaşı, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının təsis olunmasında iştirak edib və idarəetmə heyətində təmsil olunub. Elmi-pedaqoji fəaliyyəti çərçivəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dərs deyib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti Administrasiyasında müxtəlif vəzifələrdə, 2021-ci ildən isə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışıb.

Cənubi Koreyada Koreya İnkişaf İnstitutunda və Harvard Universitetinin Kennedi adına Dövlət İdarəçilik Məktəbində dövlət idarəçiliyi üzrə proqramlarından məzun olub. Lozanna Federal Politexnik Məktəbinin (EPFL) şəhər infrastrukturunun idarə edilməsi proqramını tamamlayıb.

İngilis, rus, alman və türk dillərini bilir.

Bənzər Xəbərlər

28.09.2026 - 23:58Gülnar Əliyeva

37 yaşlı yeni başçı kimdir? - DOSYE

28.09.2026 - 19:02Gülnar Əliyeva

Prezidentin Gədəbəyə təyin etdiyi yeni icra başçısı kimdir? - DOSYE

28.09.2026 - 18:54Gülnar Əliyeva

İlham Əliyev daha 2 yeni icra başçısı təyin etdi

28.09.2026 - 18:35Gülnar Əliyeva

Prezident bu rayona icra başçısı təyin etdi

28.09.2026 - 18:20Gülnar Əliyeva

Bu mərkəzə direktor təyin edildi

28.09.2026 - 18:10Gülnar Əliyeva

Rose Baku-da fərqli zövqlərə uyğun gül buketləri hazırlanır

28.09.2026 - 18:05Gülnar Əliyeva

Ərdoğanın müavini istefa verdi

28.09.2026 - 18:00Gülnar Əliyeva

İcbari tibbi sığorta üzrə göndərişlər: Dövlət və özəl sektor həll yollarını müzakirə edir - FOTOLAR

28.09.2026 - 17:50Gülnar Əliyeva

Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 178

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 169

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 084

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 849
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.