Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Ali Məhkəmənin hakiminə ağır itki üz verdi
  • Azərbaycanlı gənc Qara dənizdə boğuldu
  • Flora Kərimova ilə bağlı SON MƏLUMAT
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda – Fotolar

Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda - Fotolar

Cəmiyyət Ariz Əhədov17.06.2026 - 12:15
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

İyunun 17-də Özbəkistan paytaxtında V Daşkənd Beynəlxalq İnvestisiya Forumu açılıb.

Yeniera.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov forumun plenar iclasında iştirak edib.

Tədbirdə çıxış edən Ə. Əsədov vurğulayıb ki, Özbəkistanın investisiya cəlbediciliyinin möhkəmlənməsi öz əksini ölkəyə artan beynəlxalq maraqda tapır və Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirakçıların sayının hər il artması bunun parlaq sübutudur.

Baş nazir qeyd edib ki, öz növbəsində, Azərbaycan da bu cür təşəbbüslərə beynəlxalq investisiya əməkdaşlığının gücləndirilməsində vacib alət kimi baxır.

Hökumət başçısı bildirib ki, ötən il Birinci Beynəlxalq İnvestisiya Forumu keçirən Azərbaycan investisiya dialoqu üçün öz beynəlxalq platformasını yaradıb.

Onun sözlərinə görə, forum investorların, biznes nümayəndələrinin və beynəlxalq maliyyə qurumlarının yüksək səviyyədə marağını nümayiş etdirib. Qeyd edilib ki, bu ilin sentyabr ayında keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu həmin uğurun məntiqi davamı olacaq.

Ə. Əsədov Azərbaycanın investisiyaların cəlb edilməsi, özəl sektorun inkişafı və investisiya mühitinin yaxşılaşdırılması sahəsindəki təcrübəsini bölüşüb. Vurğulanıb ki, Azərbaycan ardıcıl olaraq iqtisadiyyatın açıqlığı və sahibkarlıq təşəbbüsünün dəstəklənməsi siyasətini həyata keçirir.

Qeyd edilib ki, son iyirmi ildə Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da təxminən yarısı xarici investisiyaların payına düşür. Ölkədə investorların hüquqlarının etibarlı qorunmasını, investisiya təhlükəsizliyinə zəmanət verilməsini, kapitalın sərbəst hərəkətini və bütün bazar iştirakçıları üçün bərabər şəraitin yaradılmasını təmin edən müasir qanunvericilik bazası formalaşdırılıb.

Azərbaycanın Avrasiyada əsas nəqliyyat yollarının kəsişməsində yerləşən unikal coğrafi mövqeyindən irəli gələn rəqabət üstünlüklərinə xüsusi diqqət yetirilib. Hazırda Azərbaycan müasir nəqliyyat infrastrukturunun, dəniz limanlarının, dəmir yollarının və avtomobil yollarının inkişafına əhəmiyyətli dərəcədə investisiya qoymaqda davam edir, bununla da regional əlaqələrin gücləndirilməsinə və biznes imkanlarının genişləndirilməsinə şərait yaradır.

Baş nazir, həmçinin yaşıl enerji sahəsində əməkdaşlığın yüksək potensialını vurğulayıb. Qeyd edilib ki, Azərbaycan öz qarşısına milli enerji balansında bərpaolunan enerji mənbələrinin payını artırmaq kimi iddialı məqsədlər qoyub. Ölkədə miqyaslı Günəş və külək enerjisi layihələri həyata keçirilir, aparıcı beynəlxalq şirkətlər cəlb edilir və investorlar üçün yeni imkanlar yaradılır.

Ə. Əsədov, həmçinin beynəlxalq investisiya əməkdaşlığının genişləndirilməsinin artan əhəmiyyətini vurğulayıb. Maliyyə resurslarını birləşdirən və strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradan birgə investisiya fondlarının bu sahədə effektiv mexanizm olduğu qeyd edilib. Vurğulanıb ki, Azərbaycan dost dövlətlərlə birgə investisiya platformaları yaratmaq təcrübəsini ardıcıl olaraq inkişaf etdirir.

Xüsusilə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birlikdə yaradılmış investisiya fondları bu gün artıq iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinin və perspektivli sektorlara investisiyaların cəlb edilməsinin hərəkətverici vasitəsi kimi xidmət edir.

Baş nazir çıxışının sonunda beynəlxalq investisiya əməkdaşlığının daha da gücləndirilməsinin dayanıqlı inkişaf və milli rifah kimi ortaq məqsədlərə nail olmağa töhfə verəcəyinə əminliyini ifadə edib.


Bənzər Xəbərlər

19.06.2026 - 12:55Ariz Əhədov

Ali Məhkəmənin hakiminə ağır itki üz verdi

18.06.2026 - 23:28Ariz Əhədov

Bu ixtisas qruplarının ballarında ARTIM OLACAQ

18.06.2026 - 20:26Ariz Əhədov

Gələn həftə 3 gün ardıcıl iş olmayacaq

18.06.2026 - 20:13Ariz Əhədov

Bu rayonda 9 saat qaz olmayacaq

18.06.2026 - 20:00Ariz Əhədov

Hüseyn Orucəliyev vəfat etdi - FOTO

18.06.2026 - 19:03Ariz Əhədov

Yüksək musiqi səsləndirən məşhur restoran cərimələndi - DİN-dən AÇIQLAMA

18.06.2026 - 16:39Ariz Əhədov

Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - RƏSMİ

18.06.2026 - 15:50Ariz Əhədov

Goranboyda məmurun vətəndaşa kobudluq etməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

18.06.2026 - 12:52Ariz Əhədov

Sabah 40°-yə yaxın isti olacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 766

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 181

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.