Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Ali Məhkəmənin hakiminə ağır itki üz verdi
  • Azərbaycanlı gənc Qara dənizdə boğuldu
  • Flora Kərimova ilə bağlı SON MƏLUMAT
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Yüksək vəzifəyə təyin olunan Aynur Mirzəyeva kimdir? – DOSYE

Yüksək vəzifəyə təyin olunan Aynur Mirzəyeva kimdir? - DOSYE

Cəmiyyət Ariz Əhədov17.06.2026 - 12:27
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bankçılıq sektorunda 17 illik peşəkar təcrübəyə malik olan Aynur Mirzəyeva yeni vəzifəsində Ziraat Bank Azərbaycanın marketinq strategiyasının formalaşdırılması, məhsul marketinqi və müştəri təcrübəsinin təkmilləşdirilməsi, korporativ kommunikasiya fəaliyyətinin idarə olunması, brend inkişafı istiqamətlərinə rəhbərlik edəcək.

Yeniera.az xəbər verir ki, o, həmçinin yeni məhsul və xidmətlərin hazırlanması və inkişafı, məhsul portfelinin təkmilləşdirilməsi, məhsul strategiyalarının formalaşdırılması, məhsulların bazar ehtiyaclarına uyğunlaşdırılması, eləcə də müştəriyönümlü innovativ həllərin yaradılması və təşviqi istiqamətlərində mühüm rol oynayacaq.

Peşəkar fəaliyyəti ərzində Aynur Mirzəyeva Rabitabank, Express Bank, Bank Respublika və Kapital Bank kimi aparıcı maliyyə institutlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb. Son olaraq Kapital Bank, BirBank komandasının Ekspert Məhsul Rəhbəri kimi fəaliyyət göstərib.

Karyerası boyunca məhsul inkişafı və məhsul idarəetməsi, rəqəmsal transformasiya, məhsul marketinqi üzrə strategiyalarının hazırlanması, müştəri təcrübəsinin təkmilləşdirilməsi və iri həcmli layihələrin idarə olunması sahələrində uğurlu nəticələr əldə edib. O, müxtəlif maliyyə institutlarında pərakəndə və rəqəmsal bank məhsullarının yaradılması və inkişafı, məhsul strategiyasının hazırlanması, məhsul portfelinin idarə olunması, bazar ehtiyaclarına uyğun innovativ həllərin tətbiqi və məhsulların həyat dövrünün effektiv idarə olunması istiqamətlərində mühüm layihələrə rəhbərlik edib.

Aynur xanım bakalavr və magistr dərəcələrinə malikdir, ailəlidir, iki övladı var.

“Ziraat Bank Azərbaycan” ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bənzər Xəbərlər

19.06.2026 - 12:55Ariz Əhədov

Ali Məhkəmənin hakiminə ağır itki üz verdi

18.06.2026 - 23:28Ariz Əhədov

Bu ixtisas qruplarının ballarında ARTIM OLACAQ

18.06.2026 - 20:26Ariz Əhədov

Gələn həftə 3 gün ardıcıl iş olmayacaq

18.06.2026 - 20:13Ariz Əhədov

Bu rayonda 9 saat qaz olmayacaq

18.06.2026 - 20:00Ariz Əhədov

Hüseyn Orucəliyev vəfat etdi - FOTO

18.06.2026 - 19:03Ariz Əhədov

Yüksək musiqi səsləndirən məşhur restoran cərimələndi - DİN-dən AÇIQLAMA

18.06.2026 - 16:39Ariz Əhədov

Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - RƏSMİ

18.06.2026 - 15:50Ariz Əhədov

Goranboyda məmurun vətəndaşa kobudluq etməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

18.06.2026 - 12:52Ariz Əhədov

Sabah 40°-yə yaxın isti olacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 766

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 181

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.