Bakının Nərimanov rayonunda müəmmalı hadisə baş verib.
Yeniera.az xəbər verir ki, hadisə “Modern Hotel”in qarşısında qeydə alınıb.
İlkin məlumata görə, 2002-ci il təvəllüdlü Həsənov Səmran Elsevən oğlu boğaz nahiyəsindən aldığı ağır xəsarətlə motosiklet idarə edərək qardaşının çalışdığı otelin qarşısına gəlib.
Qardaşı onun boğazının kəsildiyini gördükdən sonra dərhal yaralını Kliniki Tibbi Mərkəzə çatdırıb.
Hazırda Səmran Həsənovun üzərində cərrahi əməliyyat aparıldığı bildirilir.
Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır./teleqraf

