Ermənistanın keçmiş səhiyyə naziri Qaqik Stamboltsyanın meyiti Ararat vilayətində avtomobilində aşkar edilib.
Yeniera.az xəbər verir ki, hadisə nazirin idarə etdiyi “Changan” markalı avtomobilin yoldan çıxaraq kənar sahəyə düşməsi nəticəsində ortaya çıxıb. İlkin ehtimallara görə, Qaqik Stamboltsyan sükan arxasında olarkən qəfil vəfat edib və məhz bu səbəbdən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq qəza törədib.
Qeyd edək ki, Qaqik Stamboltsyan 1997–1998-ci illərdə Ermənistanın səhiyyə naziri vəzifəsində çalışıb. O, 2000-ci illərin əvvəllərində parlamentin deputatı olub, daha sonra isə “Avanqard” tibb mərkəzini təsis edərək fəaliyyətini tibb sahəsində davam etdirib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.///NOCOMMENT.az

