Bakıda “Toyota Prius” markalı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.
Yeniera.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Mahir Bilal oğlu Vəliyev 77-EA-627 dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobilə idarəetməni itirib, nəqliyyat vasitəsi yolun sağ tərəfində olan dəmir məhəccərə çırpılıb. Hadisə nəticəsində sürücü Mahir Vəliyev hadisə yerində aldığı xəsarətlərdən ölüb, avtomobildə olan sərnişin Fəridə Eman qızı Bədəlova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.//oxu.az

