Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Avqustun bəxtəvər bürcləri onlar olacaq
  • Azərbaycanda kartdan-karta köçürmələrlə bağlı VACİB XƏBƏR
  • Maliyyə Nazirliyi Qarabağda Bərpa və Tikinti xidmətində yoxlamaya BAŞLADI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»“Belə avtomobillə heç yerə getmərəm” – Prezident

"Belə avtomobillə heç yerə getmərəm" - Prezident

Siyasət Gülnar Əliyeva13.07.2026 - 14:13
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Prezidenti İlham Əliyev elektrik avtomobillərində FM radio məsələsinə münasibət bildirib.

Yeniera.az APA-ya istinadla xəbər verir ki, Prezident İlham Əliyev bu məsələyə IV Şuşa Qlobal Media Forumunda elektrik avtomobillərində FM radio ilə bağlı gürcüstanlı jurnalistin sualını cavablandırarkən toxunub.

“Düzünü desəm, elektrik avtomobillərində FM radionun olmadığını bilmirdim. Açığını deyim ki, mən radionu əsasən avtomobildə olarkən dinləyirəm. Mən ölkə daxilində əsasən avtomobillə hərəkət etdiyim üçün avtomobildə kifayət qədər vaxt keçirirəm. Hər səfər zamanı radionu dinləyirəm. Əsasən də musiqiyə qulaq asıram. Çünki xəbərləri başqa mənbələrdən kifayət qədər alıram. Mən avtomobili radiosuz təsəvvür edə bilmirəm. Belə avtomobillə heç yerə getmərəm. Əgər bu istiqamətdə bizim qoşula biləcəyimiz hər hansı təşəbbüs varsa, sadəcə bizə məlumat verin. Biz onu tam dəstəkləyəcəyik”, – dövlət başçısı qeyd edib.

Qeyd edək ki, gürcüstanlı jurnalist Avropanın bir çox ölkəsində yayımçılar və tənzimləyici qurumların yeni elektrik avtomobillərində FM radionun saxlanılması və asan əlçatan olması üçün qanunvericilik və siyasət təşəbbüsləri üzərində işlədiyini deyib. O, ictimai maraqlar və fövqəladə hallarda operativ məlumatlandırmanın təmin edilməsi baxımından Azərbaycan hökumətinin yeni avtomobillərdə FM radionun qorunması və asan istifadəsinin təmin olunması məqsədilə hökumət, tənzimləyici qurumlar, yayımçılar və avtomobil sənayesi arasında əməkdaşlığı dəstəkləməsinin mümkünlüyünə dair sual verib.

Bənzər Xəbərlər

01.08.2026 - 22:20Gülnar Əliyeva

Tofiq Musayev UFC-də möhtəşəm qələbə qazandı - VİDEO

01.08.2026 - 15:10Gülnar Əliyeva

Hikmət Hacıyev Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə paylaşım edib - VİDEO

01.08.2026 - 14:26Gülnar Əliyeva

Prezident nekroloq imzaladı

01.08.2026 - 11:21Gülnar Əliyeva

Prezident həmkarını təbrik etdi

01.08.2026 - 11:00Gülnar Əliyeva

Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"

01.08.2026 - 08:30Gülnar Əliyeva

Nəriman Həsənzadə vəfat etdi

31.07.2026 - 21:43Gülnar Əliyeva

Baş nazir Qərar imzaladı

31.07.2026 - 20:05Gülnar Əliyeva

Prezidentin Qırğızıstan səfərindən - Görüntülər

31.07.2026 - 19:42Gülnar Əliyeva

Prezidentin Qırğızıstana səfəri başa çatdı - Video

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 460

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 679

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 710

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 549
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.