Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9037
  • 100 RUB 2.0840
  • GBP 2.2834
  • TRY 0.0339
  • CNY 0.2549
  • GEL 0.6561
  • 100 KZT 0.3768
  • UAH 0.0375
  • AED 0.4628
Cəmiyyət

Sabah leysan olacaq

Sabah leysan olacaq

Noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən YENİERA.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 11-15° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq.

Paylaş: