Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Ən romantik və ən qısqanc BÜRCLƏR
  • Putin geri addım atdı: Rusiyadan Ukrayna ilə bağlı vacib qərar
  • Ağdamdakı görüntü ilə bağlı – Rəsmi açıqlama
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Prezident yeni səfirləri qəbul etdi – Fotolar – Yenilənib

Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib

Siyasət Gülnar Əliyeva17.07.2026 - 11:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 17-də Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernard Jorj Leopold de Qarsia Klinqli qəbul edib.

Yeniera.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı ikitərəfli münasibətlərimizin inkişafından məmnunluğunu bildirərək, siyasi, iqtisadi-ticari, sərmayələr, turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin və müxtəlif səviyyələrdə təmasların artırılmasının əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı, onun fəaliyyətinin Azərbaycan-Braziliya əlaqələrinin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirdi.

Ölkəmizə səfir təyin olunmasından və dövlət başçısı ilə görüşdən şərəf hissi duyduğunu deyən Bernard Jorj Leopold de Qarsia Klinql diplomatik əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd etdi.

Səfir Azərbaycanın və Braziliyanın COP sahəsində də uğurlu əməkdaşlıq etdiklərini vurğuladı.

Bernard Jorj Leopold de Qarsia Klinql səfir kimi ikitərəfli münasibətlərimizin genişləndirilməsinə töhfə verəcəyini dedi.

Görüşdə Azərbaycanla Braziliya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla aparıldığı qeyd edildi, hər iki dövlətin çoxtərəfli diplomatiyanı dəstəklədiyi xüsusilə vurğulandı.

***

Prezident İlham Əliyev Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çeanı qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı ölkəmizin Kamboca ilə ikitərəfli münasibətlərə və qarşılıqlı dəstəyə, həmçinin hökumətlərimiz və hakim partiyalar səviyyələrində təmaslara böyük önəm verdiyini deyərək, yalnız siyasi deyil, eyni zamanda, iqtisadiyyat, investisiyalar sahələrində əlaqələrimizi daha yüksək səviyyəyə çatdırmağın önəminə toxundu, Azərbaycanla Kambocanın dost ölkələr olduğunu bildirdi.

Qəbula görə dövlət başçısına təşəkkürünü ifadə edən səfir Kambocanın Kralı Norodom Sihamoninin və Baş naziri Hun Manetin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Kambocanın Kralına və Baş nazirinə çatdırmağı xahiş etdi.

Səfir Kambocanın Azərbaycanla dost münasibətlərə yüksək dəyər verdiyini vurğuladı. O, ölkələrimizin coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Azərbaycan və Kambocanın dayanıqlı inkişaf, beynəlxalq sülh və sabitlik məsələlərində eyni mövqedən çıxış etdiklərini dedi.

İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edən səfir ticarət, turizm, mədəniyyət, xalqlarası təmaslar sahələrində münasibətlərimizin genişəndirilməsi üçün səylərini əsirgəməcəyini vurğuladı.

Görüşdə Azərbaycanın və Kambocanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından məmnunluq bildirildi.

Kambocanın Baş nazirin ölkəmizə gözlənilən səfərinin ikitərəfli əlaqələrimizin daha da inkişafı üçün yaxşı imkan yaradacağına ümidvarlıq ifadə olundu.

***

Prezident İlham Əliyev həmçinin Oman Sultanlığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saif Raşid Saif Al Cahvarini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı dost ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirərək, bir çox sahədə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyini dedi və tərəfdaşlığın möhkəmləndirməsi üçün yaxşı imkanların olduğunu vurğuladı.

Səfirə fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev onun ikitərəfli gündəliyin müxtəlif sahələri üzrə əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə ümidvarlığını bildirdi.

Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən Saif Raşid Saif Al Cahvari Oman Sultanı Heytəm bin Tariq Al Səidin salamlarını dövlət başçısına çatdıraraq dedi ki, Oman Sultanı Prezident İlham Əliyevə möhkəm cansağlığı, ölkəmizə isə yeni uğurlar arzulayır.

Prezident İlham Əliyev xoş sözlərə və salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Oman Sultanına çatdırmağı xahiş etdi.

Səfir bu günlərdə diplomatik münasibətlərimizin 35 illiyinin qeyd olunmasının önəmini vurğuladı.

O, Leyla Əliyevanın bu ilin əvvəlində Omana səfərini xatırladaraq, həmin səfər zamanı keçirilmiş görüşlərin və aparılmış müzakirələrin əhəmiyyətinə toxundu, bütün bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyini dedi.

Söhbət zamanı Azərbaycanla Oman arasında turizm sahəsində əməkdaşlıq qeyd edildi, birgə investisiya fondunun yaradıldığı bildirildi və gələcəkdə onun maliyyə imkanlarının artırılması perspektivlərinə dair fikir mübadiləsi aparıldı.






















Bənzər Xəbərlər

27.07.2026 - 21:29Gülnar Əliyeva

İki müharibə Azərbaycanın bir addımlığına çatdı – bizi nə gözləyir?

27.07.2026 - 16:31Gülnar Əliyeva

MEDİA: İran Kəşfiyyat Nazirliyinin AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etməsi təəccüb doğurur

27.07.2026 - 15:52Gülnar Əliyeva

Əli Əsədov qərar imzaladı

27.07.2026 - 15:11Gülnar Əliyeva

Prezidentdən Nərminə Mustafayeva ilə bağlı SƏRƏNCAM

27.07.2026 - 14:24Gülnar Əliyeva

Bu şəxslər 7 minədək cərimələnəcək: Prezident təsdiqlədi

27.07.2026 - 14:11Gülnar Əliyeva

İlham Əliyevdən futbolla bağlı - Sərəncam

27.07.2026 - 13:50Gülnar Əliyeva

İstanbula konsul göndərildi - Sərəncam

27.07.2026 - 13:24Gülnar Əliyeva

Prezident İlham Əliyev yeni qanun imzaladı

24.07.2026 - 21:34Gülnar Əliyeva

Tamerlan Qarayev geri çağırılır?

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 228

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 540

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 562

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 439
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.