Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • SOCAR-da növbəti dəyişiklik – Yeni təyinat oldu + FOTO
  • Dəhşətli qətl baş verdi – Saxlanılan var
  • Moskvaya hücum: Ölənlər var
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»İlham Əliyev FƏRMAN İMZALADI:Üç ay müddətində…

İlham Əliyev FƏRMAN İMZALADI:Üç ay müddətində...

Siyasət Gülnar Əliyeva20.07.2026 - 14:42
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Prezident İlham Əliyev Milli Məclisin iyulun 13-də qəbul etdiyi “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Yeniera.az xəbər verir ki, yeni qanunla qeyri-rezident təchizatçıların icra və avans təminatı öhdəliklərindən azad edilməsi mexanizmi müəyyənləşib.

Dəyişikliyə əsasən, qeyri-rezident hüquqi və ya fiziki şəxslər satınalma təklifləri ilə birlikdə icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilmələri üçün satınalma komissiyasına əsaslandırılmış müraciət edə biləcəklər.

Həmçinin, satınalma komissiyası bir mənbədən satınalma metodu tətbiq edilərkən, qeyri-rezident şəxslər tərəfindən bu təminatların ödənilməsinin mümkünsüzlüyünü müəyyən etdikdə (öz təşəbbüsü və ya daxil olan müraciət əsasında), satınalan təşkilat 10 iş günü müddətində müvafiq dövlət qurumuna müraciət edəcək.

Müvafiq qurum isə nəzarət orqanının təklifləri əsasında 20 iş günü müddətində xarici təchizatçının icra və (və ya) avans təminatından azad edilməsi yaxud bundan imtina olunması barədə yekun qərar verəcək. Azad edilmə barədə qərar qəbul edildiyi tarixdən sonrakı 12 ay ərzində eyni satınalan təşkilat tərəfindən həmin təchizatçıdan eyni predmet satın alınarsa, yeni qərarın alınması tələb olunmayacaq.

Bundan başqa, dövlət başçısı yenilənmiş qanunun tətbiqi və “Dövlət satınalmaları haqqında” 14 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə 19 avqust 2023-cü il tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq, qeyri-rezident hüquqi və ya fiziki şəxslərin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi ilə bağlı satınalan təşkilatların müraciətlərinə baxılması və qərarların qəbul edilməsi qaydasını üç ay müddətində təsdiq edib Prezidentə məlumat verməli, yenilənmiş qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Bənzər Xəbərlər

20.09.2026 - 10:40Gülnar Əliyeva

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşdü

20.09.2026 - 09:20Gülnar Əliyeva

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı - Bəyanat

20.09.2026 - 09:00Gülnar Əliyeva

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video

20.09.2026 - 00:45Gülnar Əliyeva

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

20.09.2026 - 00:10Gülnar Əliyeva

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

19.09.2026 - 14:15Gülnar Əliyeva

İlham Əliyev daha bir SƏRƏNCAM İMZALADI

19.09.2026 - 14:10Gülnar Əliyeva

İlham Əliyev Sərəncam İMZALADI

19.09.2026 - 01:19Gülnar Əliyeva

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

18.09.2026 - 22:50Gülnar Əliyeva

“Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı+Video

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 067

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 101

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 026

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 818
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.