Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Baş nazirdən Kərim Kərimovla bağlı – Qərar
  • Nəcibə Nəsibova rektor TƏYİN OLUNDU
  • Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Siyasət Gülnar Əliyeva29.07.2026 - 16:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.

Yeniera.az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Nenad Laloviçlə əvvəlki görüşü məmnunluqla xatırlandı.

Azərbaycan Prezidenti ilə görüşdən şərəf hissi duyduğunu deyən qonaq 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğuladı, buna və ümumilikdə Dünya Güləş Birliyinin fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Ölkəmizdə idmanın güləş növünün inkişafını vurğulayan Nenad Laloviç Azərbaycanda güləş üzrə müxtəlif beynəlxalq səviyyəli yarışların keçirildiyini xatırladı, Azərbaycan Güləş Federasiyası ilə uğurlu əməkdaşlıq etdiklərini dedi.

Prezident İlham Əliyev gənc idmançıların gələcəkdə uğur qazanması baxımından 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının əhəmiyyətinə toxundu və bundan sonra da ölkəmizdə bu cür idman tədbirlərinin təşkilinin önəmini qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan güləşçilərinin indiyədək çox mühüm qələbələr qazandıqlarını vurğuladı.

Görüşdə idmanın güləş növünün ölkəmizdə zəngin ənənələrə malik olduğu qeyd edildi, onun inkişafı üçün dövlət səviyyəsində görülən işlərə toxunuldu.

Azərbaycanla Dünya Güləş Birliyi arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Bənzər Xəbərlər

30.07.2026 - 18:40Gülnar Əliyeva

Baş nazirdən Kərim Kərimovla bağlı - Qərar

30.07.2026 - 16:41Gülnar Əliyeva

Prezident Qırğızıstanda səfərdədir

30.07.2026 - 13:22Gülnar Əliyeva

Prezident fərman imzaladı: Bu vəzifəlilər siyahıya daxil edildi

30.07.2026 - 11:10Gülnar Əliyeva

Prezident Mərakeş Kralını təbrik etdi

30.07.2026 - 10:26Gülnar Əliyeva

Sabiq deputata Naxçıvanda yeni vəzifə verildi

29.07.2026 - 21:41Gülnar Əliyeva

Hikmət Hacıyev və Ceyhun Bayramovdan təxribatçı suallar verən blogerə LAYİQLİ CAVAB - VİDEO

29.07.2026 - 20:19Gülnar Əliyeva

Daha iki səfirimizlə bağlı SƏRƏNCAM

29.07.2026 - 19:58Gülnar Əliyeva

Daha bir səfir GERİ ÇAĞIRILDI - Prezidentdən SƏRƏNCAM

28.07.2026 - 18:20Gülnar Əliyeva

Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 353

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 602

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 634

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 500
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.