Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Beyləqanda ağır qəza – Ata öldü, oğul yaralandı+Yenilənib
  • Ağır qəzada ölən 24 yaşlı Yusifin FOTOSU
  • Bu yollar 2 gün bağlı olacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Baş nazir Qərar imzaladı

Baş nazir Qərar imzaladı

Siyasət Gülnar Əliyeva31.07.2026 - 21:43
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Nazirlər Kabineti Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən su obyektinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında qərar qəbul edib.

Yeniera.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov qəbul edib.

Qərara əsasən, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələri potensialından daha səmərəli istifadənin təmin edilməsi məqsədilə dənizdə külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən ümumi sahəsi 711,4 kvadratkilometr təşkil edən su obyekti bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Energetika Nazirliyi bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri ölkə Prezidentinin 2 avqust 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun həyata keçirməlidir.

Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 711,4 kvadratkilometr sahəsi olan su obyektində külək elektrik stansiyalarının tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qərara uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən 3 gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.

Bənzər Xəbərlər

31.07.2026 - 23:15Gülnar Əliyeva

Beyləqanda ağır qəza - Ata öldü, oğul yaralandı+Yenilənib

31.07.2026 - 23:00Gülnar Əliyeva

Ağır qəzada ölən 24 yaşlı Yusifin FOTOSU

31.07.2026 - 22:54Gülnar Əliyeva

Bu yollar 2 gün bağlı olacaq

31.07.2026 - 22:52Gülnar Əliyeva

“Onlar güzəştə getməli olacaq” - Tramp

31.07.2026 - 22:40Gülnar Əliyeva

Bu bürclər sevgidə ən çox xəyal qırıqlığı yaşayır

31.07.2026 - 22:39Gülnar Əliyeva

Səddamı dindirən zabitdən illər sonra ETİRAF – “Səhv etdik”

31.07.2026 - 22:20Gülnar Əliyeva

General-mayor Natiq Əliyevin qızına qarşı dələduzluq edildi

31.07.2026 - 21:45Gülnar Əliyeva

Elşad Xoseni Psixiatriya Xəstəxanasına qardaşı buna görə yerləşdirib – DETALLAR

31.07.2026 - 20:05Gülnar Əliyeva

Prezidentin Qırğızıstan səfərindən - Görüntülər

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 399

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 644

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 667

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 520
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.