Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • 38° isti olacaq
  • Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı – Açıqlama
  • Namidə İsayeva yeni vəzifəyə təyin olundu
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Prezident açılışda – Fotolar

Prezident açılışda - Fotolar

Siyasət Gülnar Əliyeva03.08.2026 - 12:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib.

Yeniera.az xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlət başçısına yarımstansiya barədə məlumat verib.

Bildirilib ki, bu irimiqyaslı “Yaşıl enerji” layihəsi Cəbrayıl rayonundakı 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının Azərbaycan enerjisisteminə inteqrasiyasını və Səngəçal terminalının ölkənin vahid enerjisistemi vasitəsilə elektrik enerjisi ilə təmin olunmasını nəzərdə tutur. Layihə “AzərEnerji” ASC ilə bp şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində icra olunub.

İlk mərhələdə “AzərEnerji” tərəfindən Cəbrayıl rayonunda tikilən 330 kV-luq yarımstansiyanın bu ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.

Layihənin növbəti mərhələsi kimi Səngəçal terminalının bərpaolunan enerji ilə təchizatı üçün 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyası tikilib. Bununla da terminalda fəaliyyət göstərən qazla işləyən elektrik stansiyasının dayandırılması mümkün olacaq. Gələcəkdə Cəbrayıl rayonunda istehsal olunan Günəş elektrik enerjisi ölkə enerjisistemi vasitəsilə Səngəçal terminalına çatdırılacaq.

Layihənin icrası nəticəsində terminalın illik təxminən 500 milyon kVt-saat elektrik enerjisi tələbatı bərpaolunan enerji hesabına qarşılanacaq, hər il 120–150 milyon kubmetr təbii qaza qənaət ediləcək, karbon emissiyaları isə 260–330 min ton azalacaq.

Ümumi sahəsi 6,5 hektar olan “Yeni Səngəçal” yarımstansiyası 111 kilometrlik dörd yeni 220 kV-luq elektrik verilişi xətti ilə ölkə enerjisisteminə qoşulub.

Yarımstansiyanın enerji təchizatı 785 MVt gücündə “Cənub” və 385 MVt gücündə “Qobu” elektrik stansiyaları, həmçinin 500 kV-luq “Abşeron” yarımstansiyası olmaqla, üç müstəqil mənbədən təmin edilir.

Eyni zamanda, buradan Səngəçal terminalına qədər ümumi uzunluğu 25 kilometr olan 110 kV-luq beş hava-kabel xətti çəkilib. Növbəti mərhələdə 110 kV-luq əlavə iki hava-kabel xəttinin çəkilməsi nəzərdə tutulur.

bp-nin Səngəçal terminalı (80 MVt) və Şahdəniz Kompressor Stansiyasının (85 MVt) elektrik enerjisi təchizatı da bu yarımstansiya vasitəsilə təmin ediləcək. Beləliklə, hər iki strateji obyektin illik 1 milyard kVt-saatdan çox enerji tələbatı ölkənin vahid enerjisistemi üzərindən qarşılanacaq.

Qeyd edək ki, yarımstansiyada qabaqcıl rəqəmsal idarəetmə panelləri, zəruri avadanlıq quraşdırılıb, SCADA sisteminə inteqrasiya təmin edilib, İdarəetmə Mərkəzi tikilib. Müasir texnologiyaların və rəqəmsal həllərin tətbiqi yarımstansiyanın etibarlılığını və dayanıqlılığını yüksək səviyyəyə qaldırıb.




Bənzər Xəbərlər

03.08.2026 - 13:38Gülnar Əliyeva

Rəsmi Bakı Pakistana başsağlığı verdi

03.08.2026 - 13:30Gülnar Əliyeva

SON DƏQİQƏ! Azərbaycanda  vəzifəli şəxslər həbs edildi

03.08.2026 - 13:25Gülnar Əliyeva

Prezident Fərman imzaladı

02.08.2026 - 11:24Gülnar Əliyeva

Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - Prezident və xanımı əklil göndərdi

01.08.2026 - 22:20Gülnar Əliyeva

Tofiq Musayev UFC-də möhtəşəm qələbə qazandı - VİDEO

01.08.2026 - 15:10Gülnar Əliyeva

Hikmət Hacıyev Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə paylaşım edib - VİDEO

01.08.2026 - 14:26Gülnar Əliyeva

Prezident nekroloq imzaladı

01.08.2026 - 11:21Gülnar Əliyeva

Prezident həmkarını təbrik etdi

01.08.2026 - 11:00Gülnar Əliyeva

Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 493

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 709

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 730

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 565
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.