Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Hər gecə yatmazdan əvvəl nanə çayı içsəniz… – Bunlar baş verəcək
  • Yunanıstandan Səudiyyə Ərəbistanına GÖZLƏNİLMƏZ ZƏRBƏ – “Məkkə Sazişi”…
  • Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»8 avqust sülhün siyasi simvoludur

8 avqust sülhün siyasi simvoludur

Siyasət Gülnar Əliyeva08.08.2026 - 19:40
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Düz bir il əvvəl Ağ Evdə Amerika Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin bir araya gəlməsi 30 ildən artıq davam edən qarşıdurmanın siyasi arxitekturasında fundamental transformasiya yaratdı.

Həmin gün yekun sülh müqaviləsi imzalanmasa da, razılaşdırılmış mətn paraflandı, Birgə Bəyannamə imzalandı və növbəti mərhələlər dəqiqləşdirildi. Lakin hansısa tarixi hadisənin əhəmiyyəti həmişə yalnız imzalanan sənədin hüquqi statusu ilə ölçülmür, bəzən onun mahiyyəti nəyi və necə dəyişdirməsində gizlənir. Odur ki, Vaşinqtonda ərazi bütövlüyü, suverenlik, beynəlxalq sərhədlərin toxunulmazlığı, gücdən istifadə etməmək, qarşılıqlı ərazi iddialarından imtina və düşmənçilik səhifəsini bağlamaq artıq təkcə danışıqlar masasında səslənən diplomatik ifadələr deyildi. Bunlar yeni münasibətlər sisteminin ana prinsipləri kimi sənədləşdirildi.

Bu mənada, 8 avqust daha böyük bir prosesin siyasi simvoludur. Çünki 30 ildən sonra əsas sual dəyişmişdi: uzun illər səslənən “münaqişəni necə həll etmək olar” sualını “müharibədən sonrakı regionu necə qurmaq olar?” yanaşması əvəzləmişdi. Əlbəttə ki, bu, prinsiplər arasında ciddi fərqlər var. Birinci sual keçmişə, ikinci sual isə gələcəyə ünvanlanıb. Birinci halda tərəflər bir-birinin mövqeyini dəyişməyə çalışırdısa, ikinci halda gələcək münasibətlərin modelini birlikdə müəyyənləşdirirlər. Məhz buna görə Vaşinqton prosesinin ən mühüm tərəfi münaqişənin yalnız siyasi-diplomatik müstəvidə deyil, regional inkişaf və kommunikasiya kontekstində nəzərdən keçirilməsidir.

8 avqust hadisəsi Azərbaycanın ABŞ ilə münasibətlərinin və beynəlxalq sistemdəki rolunun son 30 ildə necə köklü şəkildə dəyişdiyini də göstərdi. Xatırlayıram ki, 2001-ci ildə baş verən 11 sentyabr hadisələrindən sonra Azərbaycan ABŞ-nin antiterror mübarizəsində fəal tərəfdaşı kimi çıxış edirdi. O dövrdə Prezident Heydər Əliyev dərhal Birləşmiş Ştatlarla həmrəyliyini bəyan etdi, hava məkanını açdı, kəşfiyyat və logistik dəstək təklif etdi. Həmin dövrdə Bakının Vaşinqton üçün əsas dəyəri təhlükəsizlik tərəfdaşlığı və strateji coğrafi mövqeyi idi. 2025-ci ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Ağ Evə regional sülh gündəliyinin müəllifi kimi dəvət olunmuşdu. 2001-ci ildə Azərbaycan təhlükəsizliyə töhfə verirdisə, 2025-ci ildə regional təhlükəsizliyi özü formalaşdırırdı. Zəngəzur istiqamətində nəqliyyat imkanları, Orta Dəhliz, Türkiyə ilə dərinləşən inteqrasiya, Mərkəzi Asiya ilə genişlənən əlaqələr, Avropanın enerji təhlükəsizliyində artan rol və ABŞ ilə yeni strateji münasibətlər Azərbaycanın geosiyasi çəkisini və gələcəyə baxışını müəyyən edirdi.

Prezident İlham Əliyevin Vaşinqton səfərini yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində qiymətləndirmək kifayət etməz. Səfərin ikinci strateji xətti Azərbaycan-ABŞ ikitərəfli əlaqələri idi. Bunun nəticəsi idi ki, 8 avqustda Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu imzalandı, Vaşinqton isə “Azadlığa Dəstək Aktı”na edilən 907-ci düzəlişin tətbiqini dayandırdı. 1990-cı illərdə Azərbaycan ABŞ siyasətində münaqişənin yaratdığı məhdudiyyətlərlə üz-üzə idisə, 2025-ci ildə Vaşinqtonda bərabərhüquqlu tərəfdaşlıq danışıqları aparırdı. Bu, 30 il əvvəl yardım istəyən ölkədən bu gün strateji tərəfdaşlıq quran və regional problemlərin həllini diktə edən aktora keçidin bariz göstəricisidir.

Vaşinqton görüşünün əhəmiyyətindən danışarkən bir məqamı da vurğulamaq lazımdır: ən böyük transformasiya psixoloji müstəvidə baş vermişdi. 30 ildən artıq müddətdə iki cəmiyyət bir-birini müharibə dili ilə tanımışdı: Təmas xətti, Atəş, Şəhid, Qaçqın, İşğal, Təhlükə… Bu anlayışlar bütöv bir nəslin sosial yaddaşını formalaşdırmışdı. Bir il öncə isə siyasi lüğətə yeni sözlər daxil oldu: sərhədlərin delimitasiyası və demarkasiyası, ticarət və nəqliyyat əlaqələrinin bərpası, qonşuluq münasibətlərinin formalaşdırılması, davamlı sülh gündəliyi…

Deməli, sülhün əsas şərti keçmişi unutmamaqla gələcəyə istiqamətlənməkdir. Bunu Prezident İlham Əliyev də tez-tez xatırladır və elə Vaşinqton Bəyannaməsində yer alan “keçmiş münaqişənin əsiri olmayan gələcək” ideyası da buna işarə edir. Bir sözlə, xalqların onilliklərlə formalaşmış yaddaşını bir gündə silmək mümkün olmasa da, keçmişin gələcəyi girov götürməsinə imkan verməmək mümkündür. Münaqişə dövründə Azərbaycanın əsas məqsədi ərazi bütövlüyü və suverenliyin bərpası idisə, postmünaqişə dövründə prioritet dəyişib. İndi qarşıda duran əsas vəzifə qələbəni davamlı sülhə, sülhü isə iqtisadi gücə çevirməkdir.

Yunis Orucov

Əməkdar jurnalist

Bənzər Xəbərlər

08.08.2026 - 23:00Gülnar Əliyeva

Hər gecə yatmazdan əvvəl nanə çayı içsəniz... - Bunlar baş verəcək

08.08.2026 - 22:40Gülnar Əliyeva

Yunanıstandan Səudiyyə Ərəbistanına GÖZLƏNİLMƏZ ZƏRBƏ - “Məkkə Sazişi”...

08.08.2026 - 22:20Gülnar Əliyeva

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

08.08.2026 - 22:07Gülnar Əliyeva

Messini partlatmaq, Ronaldonu qaçırmaq istəyiblər - FTB-dən AÇIQLAMA

08.08.2026 - 22:06Gülnar Əliyeva

Çin avtomobilləri KÜTLƏVİ sıradan çıxır – ŞOK SƏBƏB

08.08.2026 - 20:29Gülnar Əliyeva

“David Seliverstov” görün kimin kürəkəni imiş?

08.08.2026 - 20:27Gülnar Əliyeva

Ramiz Mehdiyevin kürəkəninin İMPERİYASI ÇÖKÜR - Bakının mərkəzində yandırılan arxivlər və... - ŞOK DETALLAR

08.08.2026 - 20:15Gülnar Əliyeva

Trampın kürəkəni Moskvaya gedəcək

08.08.2026 - 19:30Gülnar Əliyeva

İlham Əliyev Donald Trampla danışdı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 692

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 852

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 834

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 661
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.