Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İcra hakimiyyətləri bu halda ləğv edilə bilər – AÇIQLAMA
  • Kəmaləddin Heydərov əmr imzaladı
  • Azərbaycanda AĞIR QƏZA – Vəzifəli şəxslər yaralandı – VİDEO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»İcra hakimiyyətləri bu halda ləğv edilə bilər – AÇIQLAMA

İcra hakimiyyətləri bu halda ləğv edilə bilər – AÇIQLAMA

Siyasət Gülnar Əliyeva11.08.2026 - 17:41
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda yerli idarəetmə sisteminin yenilənməsi ilə bağlı müzakirələr zaman-zaman gündəmə gəlir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri institutunun tətbiqi ölkədə yeni idarəetmə modelinə keçidin mümkünlüyü ilə bağlı sualları artırıb.

Bəs Azərbaycanda icra hakimiyyətlərinin mərhələli şəkildə ləğv edilərək yeni idarəetmə modelinin tətbiqi mümkündürmü?

Yeniera.az bildirir ki, mövzu ilə bağlı konkret.az-a danışan Ağ Partiyasının sədri Tural Abbaslı bildirib ki, belə bir idarəetmə modelinə keçidlə bağlı müxtəlif vaxtlarda müzakirələr və açıqlamalar səsləndirilib.

Onun sözlərinə görə, xüsusilə 2020-ci il Vətən müharibəsindən sonra bu istiqamətdə müəyyən fikirlər ifadə olunub:

“2020-ci ildə, 44 günlük müharibədən sonra Prezidentin çıxışlarında da bu məsələ ilə bağlı müəyyən fikirlər səsləndirilib. Gələcəkdə yeni idarəetmə metoduna keçidin mümkünlüyü müzakirə olunub. İşğaldan azad edilmiş ərazilərdə isə icra başçılarından fərqli olaraq, paralel şəkildə Prezidentin xüsusi nümayəndələri institutu fəaliyyət göstərir. Hazırda həmin nümayəndələr öz fəaliyyətlərini davam etdirirlər”.

Partiya sədri qeyd edib ki, icra hakimiyyətlərinin ləğvi və yeni idarəetmə modelinin tətbiqi üçün hüquqi dəyişikliklərə ehtiyac yarana bilər:

“Bunun üçün Konstitusiyaya dəyişiklik edilməlidir və referendum keçirilməsi zəruridir. Eyni zamanda, yeni idarəetmə modelinə keçid prosesinə artıq başlanması mümkündür. Bu dəyişiklik ya mərhələli şəkildə həyata keçirilməli, ya da birdəfəlik reallaşdırılmalıdır”.

Tural Abbaslı hesab edir ki, əsas məsələ yalnız icra hakimiyyətlərinin adının və ya strukturunun dəyişdirilməsi deyil. Onun fikrincə, həyata keçiriləcək islahatların real nəticəsi və cəmiyyət üçün yaratdığı fayda əsas meyar olmalıdır.

“Əsas məsələ bu dəyişikliklərin insanların gündəlik həyatına və dövlətin rifahına, inkişafına nə dərəcədə fayda verəcəyidir. Əgər yanaşma dəyişmirsə, idarəetmə fəlsəfəsi eyni qalırsa və ya həmin vəzifəyə təyin olunan şəxslərin dünyagörüşü dəyişmirsə, o zaman həmin şəxs icra başçısı əvəzinə icra nümayəndəsi də ola bilər. Nəticə etibarilə mahiyyət dəyişməyəcək”.

Ağ Partiyasının sədri icra hakimiyyətləri ilə bağlı mövcud problemlərin yalnız strukturun və vəzifə adlarının dəyişdirilməsi ilə həll olunmayacağını vurğulayıb. O, müxtəlif illərdə korrupsiya ittihamları ilə bir sıra icra başçılarının həbs edildiyini xatırladaraq, idarəetmə sistemində daha fundamental dəyişikliklərə ehtiyac olduğunu bildirib.

Tural Abbaslının sözlərinə görə, bu baxımdan yalnız vəzifənin adının və ya səlahiyyətlərin dəyişdirilməsi idarəetmədə mövcud problemlərin həlli üçün kifayət deyil:

“Bu baxımdan vəzifənin adının, yaxud səlahiyyətlərin dəyişdirilməsi öz-özlüyündə müsbət nəticə verəcək həll yolu deyil. Əsas dəyişiklik idarəetmə yanaşmasında, hesabatlılıqda, məsuliyyətdə və həmin vəzifələrə seçilən şəxslərin fəaliyyət prinsipində olmalıdır”.

Bənzər Xəbərlər

11.08.2026 - 17:15Gülnar Əliyeva

Kəmaləddin Heydərov əmr imzaladı

11.08.2026 - 16:35Gülnar Əliyeva

Bu məşhur kərə yağı marketlərdən yığışdırılır

11.08.2026 - 16:20Gülnar Əliyeva

Bu ölkədə ölüm hökmü ləğv edildi - Ərəb dünyasında ilk

11.08.2026 - 16:06Gülnar Əliyeva

Həmin sənədləri də “myGov”dan əldə etmək olacaq

11.08.2026 - 15:46Gülnar Əliyeva

Dəhşətli qəzada həlak olan Məryəm bu bankın əməkdaşı olub - FOTOSU

11.08.2026 - 14:42Gülnar Əliyeva

Bu tarixlərdə geomaqnit qasırğası gözlənilir

11.08.2026 - 14:17Gülnar Əliyeva

Azərbaycanlılara çağırış edildi: övladlarınızı ora qoymayın!

11.08.2026 - 13:40Gülnar Əliyeva

İki ay əvvəl ilk avtomobilini alıbmış... - Balakəndəki qəzanın təfərrüatı

11.08.2026 - 13:26Gülnar Əliyeva

DİN-dən onlayn alış-verişlə bağlı - Xəbərdarlıq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 716

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 868

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 841

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 674
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.