Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Məleykə Abbaszadədən keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA
  • Benzinlə bağlı mühüm açıqlama: ixracın dəyəri 2,3 dəfə artıb
  • Azərbaycanda bu qorxulu xəstəlik yayıldı – Karantin rejimi tətbiq ediləcək?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Elman Paşayevin 5 milyonluq maşını hərracda satışa çıxarıldı – Foto

Elman Paşayevin 5 milyonluq maşını hərracda satışa çıxarıldı - Foto

Dünya Gülnar Əliyeva13.08.2026 - 13:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Rusiyada dələduzluq işi üzrə həbsdə olan azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayev 5 milyon rubl (təxminən 101 min AZN) dəyərində “Range Rover” markalı avtomobilinin üzərinə qoyulmuş həbsin ləğvinə nail olmağa çalışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, 36,5 milyon rubldan (təxminən 743 min AZN) artıq borcla bağlı işi çərçivəsində 2024-cü ilin sentyabrında müsadirə edilmiş avtomobil xüsusi dayanacağa yerləşdirilib.

E.Paşayev Rusiya Müdafiə Nazirliyi ilə qüvvədə olan müqaviləsinə və Ukraynaya qarşı müharibədə iştirakına görə icraatın dayandırılmasına istinad edərək avtomobil üzərindəki məhdudiyyətləri aradan qaldırmağa çalışıb. Buna baxmayaraq, məhkəmə bu dəlilləri inandırıcı hesab etməyib. Nəticədə, hakim keçmiş vəkilin iddiasını rədd edib və avtomobil açıq hərracda satışa çıxarılıb.

Qeyd edək ki, azərbaycanlı hüquqşünasa qarşı maliyyə iddialarının kökü 2012-ci ilə gedib çıxır. Həmin vaxt Nikolay Deryabin adlı müştəri hüquqi xidmətlərin göstərilməsi üçün Paşayevə ödəniş edib. İş materiallarından aydın olur ki, vəkil işə başlamayıb və sonradan ondan imtina edib. Paşayev məbləğin bir hissəsini geri qaytarıb, 2022-ci ildə isə Moskva Şəhər Məhkəməsinin qərarı ilə vəkildən pulun qalığı, faizləri və dəbbə pullu tutulub.

Xatırladaq ki, sabiq vəkil Elman Paşayev 2024-cü ilin sentyabrında Moskvada saxlanılıb. Rusiya İstintaq Komitəsi Paşayevə qarşı Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi ilə (xüsusilə külli miqdarda dələduzluq) cinayət işi açıldığını, onun 300 min dollar (təxminən 510 min AZN) və 18,5 milyon rubl (təxminən 435 min AZN) qarşılığında bloqer Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyini bildirib. O, 2025-ci il sentyabrın 18-i Moskvada istintaq təcridxanasına göndərilib.

Bənzər Xəbərlər

13.08.2026 - 15:20Gülnar Əliyeva

Məleykə Abbaszadədən keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA

13.08.2026 - 15:07Gülnar Əliyeva

Benzinlə bağlı mühüm açıqlama: ixracın dəyəri 2,3 dəfə artıb

13.08.2026 - 14:50Gülnar Əliyeva

Azərbaycanda bu qorxulu xəstəlik yayıldı - Karantin rejimi tətbiq ediləcək?

13.08.2026 - 14:36Gülnar Əliyeva

Bakı Sağlamlıq Mərkəzində kobud səhv: “Poliklinika” sözünü düzgün yaza bilmədilər...

13.08.2026 - 14:35Gülnar Əliyeva

AQC İdarə Heyətinin sədri Ankarada rəsmi görüşlər keçirib

13.08.2026 - 14:23Gülnar Əliyeva

Həsən Ömərova müşavir təyin edildi

13.08.2026 - 14:10Gülnar Əliyeva

Dövriyyədə yeni 100 manatlıqlar - Necə yoxlaya bilərsiniz? - FOTO+VİDEO

13.08.2026 - 13:57Gülnar Əliyeva

Simonyan Təhlükəsizlik Şurasının katibi oldu

13.08.2026 - 13:43Gülnar Əliyeva

Bu rayonun 35 kəndi işıqsız qaldı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 745

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 880

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 858

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 690
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.