Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qardaş ölkəni silkələyən iki böyük istintaq – keçmiş nazirə qədər uzandı, 6 illik sirrdə…
  • “Cəbhədən qaçın, İrəvana gəlin” – Simonyanın ruslara çağırışı Zaxarovanı çılğına döndərdi
  • Bir ayda 3 dəfə təkrarlansa… – Ailələri gözləyən BÖYÜK XƏRC
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Bir ayda 3 dəfə təkrarlansa… – Ailələri gözləyən BÖYÜK XƏRC

Bir ayda 3 dəfə təkrarlansa... - Ailələri gözləyən BÖYÜK XƏRC

Cəmiyyət Gülnar Əliyeva30.08.2026 - 01:33
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Toy mövsümü başlayıb. Lakin toyların yaratdığı xərclər yalnız məclisi təşkil edən ailənin büdcəsi ilə məhdudlaşmır. Dəvət olunan qonaqlar üçün də bir toya getmək geyim, saç və makiyaj, zərf, nəqliyyat və digər xərclərlə birlikdə kifayət qədər ciddi maliyyə yükünə çevrilir.

İqtisadçı ekspert Pərviz Heydərov toy mərasimlərinin son illərdə ciddi iqtisadi yük yaratdığını bildirib.

Ekspertin sözlərinə görə, toy mərasimləri ənənəvi xarakter daşımaqla yanaşı, müxtəlif sahələrdə iqtisadi aktivlik yaradan mühüm hadisələrdən biridir. O qeyd edib ki, pandemiya dövründə toyların keçirilməsinə qoyulan məhdudiyyətlər bir sıra sahələrdə iqtisadi aktivliyin kəskin azalmasına səbəb olmuşdu.

P.Heydərov bildirib ki, son 10-15 ildə toy mərasimləri eyni zamanda böyük biznes alətinə çevrilib:

“Qiymətlər bir tərəfdən xidmət, ticarət və ərzaq məhsulları üzrə obyektiv səbəblərdən, digər tərəfdən isə vəziyyətdən sui-istifadə nəticəsində yüksəlib. Artıq toyların təşkili də, toya dəvət olunan vətəndaşların iştirakı da ciddi iqtisadi-maliyyə çətinlikləri yaradır”.

İqtisadçı bir nəfərin toya getməsi üçün çəkilən xərcin hazırda orta hesabla 200-250 manatdan aşağı olmadığını deyib:

“Bir ailədən iki nəfər iştirak etdikdə bu rəqəm minimum 400-450 manata çatır. Bir ay ərzində 2-3 toy olarsa, ümumiyyətlə, ailənin beli qırılır. Çünki restoranlar bahadır, ərzaq qiymətləri yüksəkdir, xidmət sektoru daha çox gəlir götürməyə çalışır. Muzdla çalışan şəxslərə isə toy üçün əlavə maaş və digər ödənişlər verilmir”.

Ekspert hesab edir ki, toylarla bağlı müəyyən mədəniyyət və ədəb-ərkan qaydalarının formalaşmasına ehtiyac var. Onun fikrincə, bu sahədə dövlət nəzarətinin olması da zəruridir.

P.Heydərov vurğulayıb ki, toy mərasimlərinin iqtisadi əhəmiyyəti olsa da, bu proses yalnız maliyyə dövriyyəsi prizmasından qiymətləndirilməməlidir:

“Dövlət keçirilən toy məclisləri ətrafında dövr edən nağd və nağdsız vəsaitlərdən yalnız maraq güdməklə kifayətlənərsə, bugünkü toylar getdikcə qonağa həsrət qalacaq. Toy bazarlıq etmək deməkdir, bazarın özü demək deyil”.//Yenisabah

Bənzər Xəbərlər

30.08.2026 - 02:15Gülnar Əliyeva

Qardaş ölkəni silkələyən iki böyük istintaq - keçmiş nazirə qədər uzandı, 6 illik sirrdə...

30.08.2026 - 02:00Gülnar Əliyeva

“Cəbhədən qaçın, İrəvana gəlin” - Simonyanın ruslara çağırışı Zaxarovanı çılğına döndərdi

30.08.2026 - 01:15Gülnar Əliyeva

Qəbilə başçısından türkiyəli səyyaha ŞOK TƏKLİF: 5 inək qarşılığında... 

30.08.2026 - 01:00Gülnar Əliyeva

Azərbaycanlıların "taclandırdığı" "qanuni oğru"ya BƏRAƏT VERİLDİ: 4 ay əvvəl həbs olunmuşdu

30.08.2026 - 00:42Gülnar Əliyeva

"Bizi Dubaya əxlaqsızlığa göndərirdi, dedi ki..." - Bülbüloğlu haqqında ŞOK SÖZLƏR

30.08.2026 - 00:39Gülnar Əliyeva

“İrşad”da 1300 manatlıq QALMAQAL: Açıq qutu, çatışmayan kabel və geri qaytarılmayan pul

30.08.2026 - 00:37Gülnar Əliyeva

Sentyabrda 8 gün iş olmayacaq

29.08.2026 - 21:36Gülnar Əliyeva

Azərbaycanda ağır qəza - ölən var

29.08.2026 - 21:32Gülnar Əliyeva

Bu ərazidə həyət evləri kəskin ucuzlaşır

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 918

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 995

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 951

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 763
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.