Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Komandamız 6-cı Dünya Köçəri Oyunlarında – Foto
  • Ramiz Mehdiyevlə bağlı yeni qərar: Bunu da edirmiş…
  • Bakıda məşhur restoranı su basdı – Video
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Putinə qarşı YENİ ÜSYAN qığılcımları – Gələn ay veriləcək o QƏRAR…

Putinə qarşı YENİ ÜSYAN qığılcımları – Gələn ay veriləcək o QƏRAR...

Siyasət Gülnar Əliyeva30.08.2026 - 20:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Ukraynaya qarşı işğalçı müharibə uzandıqca, prezident Vladimir Putinin vəd elədiyi qələbə əlçatmaza çevrildikcə Rusiya əhalisinin iki qohum xalqın hərbi qarşıdurmasına münasibəti də tədricən neqativə dəyişməkdədir. “Yuxarılarda” illərdir hansı nikbin havanın çalınmasına, telekanalların hansı bayatının oxunmasına baxmayaraq.

Bu da daha bir ilginc fakt.

Penza vilayətinin Başmakovo qəsəbəsində sakinlər müqavilə əsasında hərbi xidmətə zorən cəlbetmə kampaniyası fonunda könüllü küçə patrulları təşkil ediblər. Yerli sakinlərin sözlərinə görə, kişiləri küçələrdə tutur, onlara hədə-qorxu gəlir, aldadır və Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur etmək üçün təzyiq göstərirlər. Hadisələrin birində ot biçən bir kişini avtomobillə aparıblar. Lakin onun bacısı avtomobilin qarşısını kəsərək qardaşını geri götürə bilib.

Patrullara təxminən 250 sakin qoşulub. Onlar fəaliyyətlərini internet vasitəsilə əlaqələndirir, gecə-gündüz növbəli şəkildə küçələrdə keşik çəkirlər. Deyilənlərə görə, bu yolla azı beş-altı nəfərin məcburən cəbhəyə aparılmasının qarşısını almaq mümkün olub…

Doğrudur, bu qəbul xəbərlər müstəqil şəkildə təsdiqini tapmayıb. Rəsmilər belə etirafı ömründə eləməzlər. Amma od yanmasa, tüstü çıxmır. Üstəlik, söhbət Rusiyanın hansısa milli-etnik diyarından yox, rusların üstünlük təşkil elədiyi Penza vilayətindən gedir.

Yəni, artıq İvan da Ukraynaya qarşı işğalçı müharibənin mahiyyətinə varmağa başlayıb. Bunun mənasız bir savaş olduğu dərk edilməkdədir. O zaman ölkə rəhbərliyinin “Novorossiya” haqda illərdir danışdığı nağıllar necə oldu? Kreml bu siqnalları ciddiyə alacamı?

Axı sırf hava hücumları ilə, Dmitri Medvedyevin adiləşmiş nüvə təhdidləri ilə müharibəni udmaq mümkün deyil. 40-50 milyonluq bütöv bir xalqa qalib gəlmək, ümumiyyətlə, real deyil. Həm də o xalq özünü qorumaq üçün artıq ayağa qalxıbsa və az qala, bütün dünya onun yanındadırsa…

Küçələrdən, əkin-biçin sahələrindən zorla gənc və orta yaşlı kişiləri yığıb cəbhəyə aparmaqla deyil. Onların hansı hərbi təcrübəsi ola bilər ki? Axı müasir müharibələrin xarakteri bambaşqadır və “top əti” xüsusi önəm kəsb eləmir.

Əsəb müharibəsi” – Ukrayna ətrafında yaranan gərginliyin əsas səbəbləri -  AZƏRTAC

Təəssüf ki, Kreml dəhlizlərində hələ də acı gerçəyi qəbul eləmək istəmirlər. Putin hakimiyyətinə hələ də elə gəlir ki, klassik üsulla müharibəni uda biləcək. Elə o səbəbə sentyabr seçkilərindən sonra gizli səfərbərliyə hazırlaşırlar. Rəsmilərin təkzibi dolayısıyla bunu göstərir.

Durub açıq bəyan edəsi deyillər ki, “bəli, biz səfərbərliyə gedəcəyik”. O halda hər şeydən öncə “xüsusi hərbi əməliyyat”ın iflas olduğunu etiraf eləməlidirlər. Putinin imicinə vurulacaq zərbə, ölkədən kütləvi köç və “beyin axını” da öz yerində.

O biri yandan, səfərbərliyə getməyə də bilmirlər, çünki müharibənin uzanması iqtisadiyyatda və ölkənin gəlirləri məsələsində geridönməz prosesləri tətikləyə bilər. Odur ki, bu gün ən çətin dilemma ilə üz üzə qalan elə Putinin özüdür. Ancaq nə etməli, bu “kasanı” o, özü bişirib, özü də “yeməlidir”. Gec də olsa…

///Musavat.com

Bənzər Xəbərlər

31.08.2026 - 22:54Gülnar Əliyeva

Komandamız 6-cı Dünya Köçəri Oyunlarında - Foto

31.08.2026 - 22:53Gülnar Əliyeva

Ramiz Mehdiyevlə bağlı yeni qərar: Bunu da edirmiş...

31.08.2026 - 22:51Gülnar Əliyeva

Bakıda məşhur restoranı su basdı - Video

31.08.2026 - 20:35Gülnar Əliyeva

FHN əhaliyə müraciət etdi

31.08.2026 - 20:10Gülnar Əliyeva

“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA

31.08.2026 - 19:40Gülnar Əliyeva

“Əla İstisu var, özümlə gətirmişəm” - Prezidentlə Pezeşkianın səmimi dialoqu

31.08.2026 - 19:35Gülnar Əliyeva

100 yaşını iş başında qeyd etdi

31.08.2026 - 19:10Gülnar Əliyeva

Prezident Putinlə ayaqüstü söhbət etdi - Fotolar

31.08.2026 - 18:50Gülnar Əliyeva

Psixoloqdan şiddət görən autizmli uşaqla bağlı - Açıqlama

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 941

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 015

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 966

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 770
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.