Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Ramiz Mehdiyevlə bağlı o sirr açıqlandı – Məbləğ ŞOKA SALACAQ
  • Məşhur bloqerdən Azərbaycanla bağlı maraqlı paylaşım – Video
  • Daşqına baxmayaraq subasan kilsədə evləndilər – Video
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Ramiz Mehdiyevlə bağlı SENSASİON DETAL – Yaxın günlərdə…

Ramiz Mehdiyevlə bağlı SENSASİON DETAL – Yaxın günlərdə…

Gündəm Gülnar Əliyeva01.09.2026 - 12:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Prezident Administrasiyasının sabiq rəhbəri, illərdir ölkənin siyasi səhnəsində əsas fiqurlardan biri kimi tanınan Ramiz Mehdiyevin ətrafındakı hüquqi halqa daha da daralır. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanan kəskin cinayət işi çərçivəsində sabiq PA rəhbərinə qarşı irəli sürülən ittihamların dairəsi genişləndirilib. Aparılan intensiv istintaq tədbirləri nəticəsində keçmiş “boz kardinal”a bu dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci – rüşvət alma maddəsi ilə yeni ittiham elan olunub. İstintaq orqanları yeni ittiham istiqamətində sabiq rəhbərin izahatını alıb və hüquqi prosedurları davam etdirirlər.

Xatırladaq ki, Ramiz Mehdiyev barəsində DTX tərəfindən aparılan araşdırmalar zamanı ona əvvəlcə Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ağır ittihamlar irəli sürülmüşdü. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ilkin olaraq ev dustaqlığı qətimkan tədbiri seçilmiş, daha sonra isə məhkəmə instansiyalarının qərarları ilə bu müddət dəfələrlə, o cümlədən 2026-cı ilin iyun ayında daha 5 ay müddətinə uzadılmışdı. Lakin sonuncu dəfə irəli sürülən rüşvət alma ittihamı işin gedişatını kökündən dəyişə biləcək yeni faktör kimi qiymətləndirilir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a ətraflı açıqlama verən tanınmış hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, Cinayət Prosessual Məcəlləsinin tələblərinə və mövcud istintaq təcrübəsinə əsasən, şəxsə yeni və daha ağır kateqoriyalı maddələr üzrə ittihamların elan edilməsi onun barəsində seçilmiş qətimkan tədbirinin adekvatlığı məsələsini birbaşa aktuallaşdırır: “İlkin mərhələdə seçilmiş ev dustaqlığı qətimkan tədbiri istintaqın maraqları, təqsirləndirilən şəxsin yaşı, səhhəti və ya digər prosessual amillər nəzərə alınmaqla tətbiq oluna bilər, lakin işə yeni epizodların, xüsusilə də ağır korrupsiya cinayəti hesab olunan rüşvət alma (maddə 311) kimi tərkiblərin əlavə olunması hüquqi müstəvidə vəziyyəti kökündən dəyişir”.

O, bildirib ki, dövlətə xəyanət, hakimiyyətin zorla ələ keçirilməsinə cəhd kimi ağır və xüsusilə ağır cinayətlərlə yanaşı, külli miqdarda rüşvət alma ittihamının da irəli sürülməsi törədilən əməllərin spektrini genişləndirir və bu, məhkəmənin qətimkan tədbirinin növünün dəyişdirilməsi ilə bağlı prokurorluğun vəsatətinə baxılması üçün kifayət qədər ciddi hüquqi əsas yaradır: “Cinayət Prosessual Qanunvericiliyinə görə, əgər təqsirləndirilən şəxsin istintaqdan yayınmaq, sübutları gizlətmək, şahidlərə təsir etmək və ya törətdiyi əməllərin xarakterinə görə cəmiyyət üçün real təhlükə yaratmaq ehtimalı artırsa, həmçinin ittiham olunduğu maddələrin sanksiyaları uzunmüddətli azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutursa, ibtidai istintaq orqanı istənilən vaxt qətimkan tədbirinin ev dustaqlığından daha sərt növü olan həbsxana təcridxanasına köçürülməsi – yəni həbslə əvəz olunması üçün məhkəməyə təqdimat verə bilər və hakimlər də bu cür ağır epizodlarda əsaslandırılmış qərarlar qəbul etmək səlahiyyətinə malikdirlər”.

Bənzər Xəbərlər

02.09.2026 - 16:31Gülnar Əliyeva

Ramiz Mehdiyevlə bağlı o sirr açıqlandı - Məbləğ ŞOKA SALACAQ

02.09.2026 - 16:04Gülnar Əliyeva

Daşqına baxmayaraq subasan kilsədə evləndilər - Video

02.09.2026 - 15:50Gülnar Əliyeva

Xoşqədəm Hidayətqızına elə sözlər dedi ki... - ŞOK İTTİHAM

02.09.2026 - 15:38Gülnar Əliyeva

Prokurorluq orqanlarında işləmək üçün test imtahanında iştirak edəcək namizədlərin nəzərinə

02.09.2026 - 14:55Gülnar Əliyeva

Rövşən Nəcəf Orxan İsmayılova VƏZİFƏ verdi

02.09.2026 - 14:05Gülnar Əliyeva

Orta və kiçik tibb heyətinin maaşı necə artırılır?

02.09.2026 - 13:38Gülnar Əliyeva

İlham Əliyev mühüm FƏRMAN İMZALADI

02.09.2026 - 13:12Gülnar Əliyeva

Sabah 32° isti olacaq

02.09.2026 - 12:40Gülnar Əliyeva

“İlham Əliyev müasir, ziyalı insandır” - Putin

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 949

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 024

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 967

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 773
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.