Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Vardanyan həbsxanadan oğurluqla məşğuldur
  • İranda dəhşət: Sərnişin təyyarəsi havada parçalandı
  • Tələbə adını qazanmağa gedən yoldan təqaüd dəstəyinədək – “OBA” təhsil yolunda əməkdaş övladlarının yanında
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Azərbaycanda maşınlarda yeni nişan peyda oldu – Mənası maraq doğurdu

Azərbaycanda maşınlarda yeni nişan peyda oldu – Mənası maraq doğurdu

Cəmiyyət Gülnar Əliyeva02.09.2026 - 10:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Təcrübəsiz sürücü” nişanının nə olması və kimlər tərəfindən istifadə edilməsinin zərurliyi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xüsusilə yeni sürücülərin avtomobillərində bu nişanın yerləşdirilməsinin məcburi olub-olmaması diqqət çəkir.

“Təcrübəsiz sürücü” nişanı nə üçün nəzərdə tutulub? Yol-nəqliyyat hadisələrinin qarşısının alınması və sürücülük mədəniyyətinin artırılması fonunda günün birində bu nişanın yeni sürücülər üçün məcburi olması gündəmə gələ bilərmi?

Yeniera.az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, “təcrübəsiz sürücü” nişanı “Yol hərəkəti haqqında” Qanununda nəzərdə tutulub:

“Dünya praktikasında da tətbiq olunur. Sadəcə, Azərbaycanda bu nişanın avtomobilə yapışdırılması hazırda tövsiyə xarakteri daşıyır. Yəni təcrübəsiz sürücülərə tövsiyə edilir ki, avtomobilin arxa şüşəsinə bu stikeri yapışdırsınlar. Məqsəd digər hərəkət iştirakçılarına sükan arxasında təcrübəsiz sürücünün olduğunu bildirmək və beləliklə, onun manevr etməsinə, hərəkətinə müəyyən şərait yaratmaqdır”.

Ekspert qeyd edib ki, sürücülük təcrübəsi iki ildən çox olmayan şəxslər təcrübəsiz sürücü sayılır:

“Hesab edirəm ki, hazırda tövsiyə xarakteri daşıyan bu nişanın məcburi olması da nəzərdən keçirilə bilər. Çünki ölkədə yol-nəqliyyat hadisələrinin sayı kifayət qədər yüksəkdir və bu qəzalarda təcrübəsiz sürücülərin də iştirakı tez-tez müşahidə olunur. Xüsusilə magistral və şəhərlərarası yollarda, eləcə də hava şəraitinin əlverişsiz olduğu dövrlərdə təcrübəsiz sürücülərin səbəb olduğu qəzalara rast gəlinir. Şəhər daxilində də oxşar hallar müşahidə olunur.

Bu baxımdan, “təcrübəsiz sürücü” stikerinin məcburi xarakter daşıması məqsədəuyğundur. Bunun heç bir mənfi və ya ayıbdan irəli gələn tərəfi yoxdur. Bu, dünya praktikasında tətbiq olunan normal bir yanaşmadır və digər sürücülərin təcrübəsiz sürücüyə qarşı daha diqqətli davranmasına imkan verə bilər. Nəticədə, bu tədbir yol-nəqliyyat hadisələrinin sayının ən azı müəyyən qədər azalmasına töhfə verəcək”.

Bənzər Xəbərlər

15.09.2026 - 22:25Gülnar Əliyeva

Vardanyan həbsxanadan oğurluqla məşğuldur

15.09.2026 - 22:10Gülnar Əliyeva

İranda dəhşət: Sərnişin təyyarəsi havada parçalandı

15.09.2026 - 22:00Gülnar Əliyeva

Tələbə adını qazanmağa gedən yoldan təqaüd dəstəyinədək - “OBA” təhsil yolunda əməkdaş övladlarının yanında

15.09.2026 - 21:45Gülnar Əliyeva

"MEHTEN RAZ" MMC-nin böyük məbləğdə vergi borcu üzə çıxdı 

15.09.2026 - 21:30Gülnar Əliyeva

Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama

15.09.2026 - 21:10Gülnar Əliyeva

Bakıda bu tarixdə “Avtomobilsiz Gün” keçiriləcək – 10 saat nəqliyyat işləməyəcək...

15.09.2026 - 20:54Gülnar Əliyeva

İşdən çıxarılan icra başçısı məşhur şəxsin qardaşıdır

15.09.2026 - 20:51Gülnar Əliyeva

Telman Xıdırova vəzifə verildi - FOTO

15.09.2026 - 20:46Gülnar Əliyeva

"Bəniz"lə bağlı vacib xəbər - məhkəmənin vaxtı bəlli oldu

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 046

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 083

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 013

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 807
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.