Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • 3 gün yağış yağacaq – XƏBƏRDARLIQ
  • Müəllimlərin maaşı belə hesablanacaq
  • Metronun yeni stansiyası “20 Sentyabr” adlandırılacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Cəmiyyət Gülnar Əliyeva03.09.2026 - 12:47
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link
Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var.
Yeniera.az “Report”a istinadən xəbər verir ki, həmin şəxslər Xaçmaz rayonunun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdən olan, hazırda Bakıda yaşayan Rəşad İbrahimov və Şabran rayonundan olan Qədir Quliyevdir.
Valeh Hümbətovun anası Yeganə Hümbətova bildirib ki, oğlu ilə sonuncu dəfə hadisədən bir neçə saat sonra danışa bilib: “Bir qızım, bir oğlum var. Oğlum Valeh Hümbətov 28 yaşındadır. Bakıda təhsil alıb. İlk dəfə idi ki, Türkiyəyə gəmiyə işləməyə getmişdi. Bundan əvvəl yük gəmisində 5 ay müddətində matros kimi çalışıb. Bir ay olardı ki, sərnişin gəmisinə keçmişdi. Elə hər iki gəmi eyni şirkətə məxsusdur. Bu ay rayona qayıtmalı idi”.
Y.Hümbətovanın sözlərinə görə, gəmi qəzası zamanı oğlu nişanlısına batdıqları barədə qısa məlumat verib: “Nişanlısı bizə xəbər verdi. Qəzadan bir neçə saat sonra ona yığdım, dedi ki, camaatı xilas edirlər, quruya çıxanda yığacaq. Bir dəfə çox qısa danışdıq. Ondan sonra bir dəfə nişanlısı ilə danışıb, deyib ki, onları nəzarətə götürürlər. Ondan sonra əlaqəyə keçə bilmirik”.
Saxlanılan digər Azərbaycan vətəndaşı Rəşad İbrahimovun (2006-cı il təvəllüdlü) bacısı Türkan Təhməzova isə qeyd edib ki, qardaşı 20 gün idi Türkiyəyə gəmidə işləmək üçün getmişdi: “Bu hadisəyə qədər ancaq telefonda görüntülü danışmışdıq. Qəza günü onu işə düzəldən şirkətdən mənim həyat yoldaşıma zəng gəlib və hadisə ilə bağlı məlumat verilib. Həmin gün mənim bacımın nişanı idi və ona görə həyat yoldaşım hadisə ilə bağlı bizə məlumat verməyib”.
T.Təhməzova əlavə edib ki, ilkin olaraq səhvən çoxlu sayda ölünün olması barədə məlumat yayılmışdı: “Yoldaşım elə bilirdi ki, qardaşım da batanlar arasındadır və şirkət ona düzgün məlumat vermir. Sonradan yoldaşım yenə də həmin şirkətlə əlaqə saxlayıb və qardaşımın sağ olması barədə məlumatı təsdiqlədib. Qardaşımın bütün şəxsi əşyaları, o cümlədən mobil telefonu batıb. Sonradan mənim həyat yoldaşım ekipaj üzvü olan digər azərbaycanlının telefonu vasitəsilə Rəşadla danışıb. O xəstəxanada olduğunu qısa danışıq zamanı bildirib”.
Türkan Təhməzova vurğulayıb ki, qardaşının saxlanıldığını digərləri kimi sosial şəbəkələrdən biliblər və qardaşının qolu qandallı olduğunu görüblər: “Biz onu işə düzəldən şirkətlə danışdıq və onlar da bildirdilər ki, həbs xəbəri düzgün olsa da, Rəşadın bu məsələdə günahının olmadığını, sadəcə olaraq insan tələfatının çox olması ilə bağlı normal prosedur qaydası olduğunu deyiblər. Rəşad vəkillə təmin olunub və biz də onunla əlaqə saxlayıb, son xəbərləri ondan alırıq”.
Saxlanılan 3 şəxsdən Qədir Quliyevin qardaşı Nurət Quliyev bildirib ki, hazırda onunla heç bir əlaqə saxlaya bilmirlər: “Əslən Şabrandanıq və rayonda yaşayırıq. Qardaşımın 22 yaşı var. Ailədə 3 oğlanıq, Qədir ən böyüyümüzdür, subaydır. Aprel ayından eyni gəmidə çalışır, vəzifəsi matros olub. Qəzadan sonra anama xəbər edib və deyib ki, gəmi batıb, lakin sağdırlar. Bildirib ki, onları izahat vermək üçün aparıblar”.
Ailə üzvünün sözlərinə görə, qardaşının çalışdığı gəmi şirkətindən atası ilə əlaqə saxlanılaraq narahatlığa əsas olmadığı deyilib.
Xatırladaq ki, avqustun 30-u Şimali Kiprin Girne sahillərində gəmi qəzaya düşüb. Son məlumatlara görə, qəza nəticəsində 240 nəfər xilas edilib, 8 nəfər ölüb və 19 sərnişin üçün axtarış-xilasetmə işləri davam etdirilir.

Bənzər Xəbərlər

04.09.2026 - 18:30Gülnar Əliyeva

3 gün yağış yağacaq - XƏBƏRDARLIQ

04.09.2026 - 18:15Gülnar Əliyeva

Müəllimlərin maaşı belə hesablanacaq

04.09.2026 - 18:00Gülnar Əliyeva

Metronun yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

04.09.2026 - 17:36Gülnar Əliyeva

32 marşrutun hərəkət sxemi dəyişdirildi - Siyahı

04.09.2026 - 17:10Gülnar Əliyeva

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

04.09.2026 - 16:16Gülnar Əliyeva

Leysan gözlənilir - Əhaliyə xəbərdarlıq

04.09.2026 - 16:04Gülnar Əliyeva

Hərbi Dəniz Qüvvələrinin bölmə rəisi həbs olundu - Sonra azadlığa buraxıldı

04.09.2026 - 15:25Gülnar Əliyeva

AYNA yolların xətlənməsinə 37 milyon manat xərcləyəcək

04.09.2026 - 12:33Gülnar Əliyeva

Bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 959

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 027

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 970

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 777
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.