Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezidentin qərarı: Sentyabrdan onlara böyük güzəşt ediləcək – SİYAHI
  • Bakının bu rayonunda 15 bina söküləcək
  • “Məni “düşmən” elan etmək onların maraqlarına xidmət edir”
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq? – Rəsmi cavab

Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq? - Rəsmi cavab

Cəmiyyət Gülnar Əliyeva03.09.2026 - 15:18
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Təqaüd Proqramı ilə Avstraliyanın Melburn Universitetində magistr təhsil alan azərbaycanlı rejissor Afaq Yusifli təhsilinin maliyyələşdirilməsi ilə bağlı yaranmış problem səbəbindən təhsilini itirmək təhlükəsi ilə üzləşib.

Yeniera.az xəbər verir ki, bu barədə A.Yusifli özü sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, 2026-cı ilin fevralından Avstraliyanın Melburn Universitetində Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramında təhsil alan azərbaycanlı tələbə təhsilhaqqının bir hissəsinin vaxtında ödənilməməsi səbəbindən universitetdən sonuncu xəbərdarlıq alıb.

Onun sözlərinə görə təhsilhaqqının maliyyələşdirilməsi iki istiqamət üzrə həyata keçirilir. Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi təqaüd proqramı çərçivəsində təhsilhaqqının 50 faizi qarşılanır. Birinci semestr üzrə 19 485 ABŞ dolları, üçüncü semestr üzrə isə digər dövlət qurumu tərəfindən 15 000 ABŞ dolları məbləğində ödəniş artıq universitetə köçürülüb. Mövcud ödəniş qrafikinə əsasən, növbəti ödənişin 2027-ci ilin I rübündə həyata keçirilməsi nəzərdə tutulur.

Problem isə Azərbaycan Kinematoqrafçılar İttifaqı vasitəsilə universitetə ödənilməli olan 25 500 AZN-in köçürülməməsi səbəbindən yaranıb.

Tələbənin bildirdiyinə görə, həmin vəsait 2025-ci ilin dekabrından etibarən onun təhsilhaqqının ödənilməsi üçün ayrılıb. Lakin 2026-cı ilin martında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin vəfatından sonra ödəniş prosesi dayanıb. Səbəb kimi ödəniş sənədlərini imzalamaq səlahiyyətinə malik şəxsin vəfat etməsi və sonrakı inzibati proseslər göstərilir.

A.Yusifli bildirib ki, vəsait hazırda İttifaqda mövcuddur və onun universitetə köçürülməsi üçün müxtəlif variantlar müzakirə olunub. Vəsaitin tələbənin şəxsi hesabına köçürülərək universitetə ödənilməsi variantında isə universitet tərəfindən hüquqi məsələlər yarandığı bildirilir. Çünki tələbənin Avstraliya vizası üçün təqdim etdiyi sənədlərdə təhsilhaqqının müvafiq qurumlar tərəfindən ödəniləcəyi göstərilib.

Onun sözlərinə görə, Melburn Universitetindən artıq dördüncü xəbərdarlıq daxil olub. Universitet tərəfindən bildirilib ki, oktyabr ayının ilk həftəsinə qədər ikinci semestr üzrə ödəniş həyata keçirilməsə, onun təhsili ilə bağlı sanksiya tətbiq oluna bilər.

Məsələ ilə bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) sorğumuza cavab olaraq bildirilib ki, Afaq Yusiflinin təhsilhaqqının ödənilməməsi ilə bağlı məsələ sırf texniki xarakter daşıyır və müvəqqətidir:

“Problem AKİ-nin sədrliyinə sentyabrın 11-də keçiriləcək seçki konfransından sonra həllini tapacaq. Onu da qeyd edək ki, AKİ həmişə gənc kinematoqrafçılara dəstək olub, bundan sonra da onların inkişafına dəstək xətti davam edəcək. Ona görə sosial mediada Afaq Yusifliyə AKİ-nin dəstək olmayacağı məsələsi ilə bağlı yayılmış fikirlər əsassızdır”.

Bənzər Xəbərlər

03.09.2026 - 22:33Gülnar Əliyeva

Prezidentin qərarı: Sentyabrdan onlara böyük güzəşt ediləcək – SİYAHI 

03.09.2026 - 22:20Gülnar Əliyeva

Bakının bu rayonunda 15 bina söküləcək

03.09.2026 - 22:00Gülnar Əliyeva

“Məni “düşmən” elan etmək onların maraqlarına xidmət edir”

03.09.2026 - 21:25Gülnar Əliyeva

Keçmiş nazirin həbs müddəti uzadıldı - 2 milyardlıq mənimsəmə, 27 daşınmaz əmlak

03.09.2026 - 21:00Gülnar Əliyeva

“Məni təhqir etdilər, alçaltdılar” - Millidəki karyerasını başa vurdu

03.09.2026 - 20:43Gülnar Əliyeva

David Seliverstov: "Mən yaxşı bilirəm 90 min dollar nədir. Çingiz Qənizadə də yaxşı bilir bu 90 min dollar nədir"

03.09.2026 - 19:25Gülnar Əliyeva

Bu rayonda 44 yaşayış məntəqəsi işıqsız qalacaq

03.09.2026 - 18:15Gülnar Əliyeva

ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı

03.09.2026 - 17:50Gülnar Əliyeva

Prezidentlə xanımına və Heydər Əliyev Fonduna təşəkkür etdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 954

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 025

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 968

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 774
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.