Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Nömrə 1000 dollara, maşın pulsuz satılır
  • Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?
  • 3 gün yağış yağacaq – XƏBƏRDARLIQ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Seneqallı nazir DOST Mərkəzi ilə tanış oldu – Fotolar

Seneqallı nazir DOST Mərkəzi ilə tanış oldu - Fotolar

Cəmiyyət Gülnar Əliyeva03.09.2026 - 17:32
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində ölkəmizdə səfərdə olan Seneqalın dövlət qulluğu, əmək və ictimai xidmətlərin islahatı naziri Mamadou Lamine Diantenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Yeniera.az xəbər verir ki, nümayəndə heyəti əvvəlcə DOST Agentliyinin 1 saylı DOST Mərkəzi ilə tanış olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən yaradılan DOST Agentliyi və DOST Mərkəzləri barədə məlumat verib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, şəffaf, operativ, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan yaratdığı vurğulanıb.

Nümayəndə heyəti üçün DOST xidmətləri və ölkəmizin sosial sahədə rəqəmsal nailiyyətləri barədə təqdimatlar edilib.

Keçirilən ikitərəfli görüşdə Anar Əliyev Azərbaycanla Seneqal arasında münasibətlərin qarşılıqlı hörmət və dostluq ruhunda inkişaf etdiyini, əmək və sosial müdafiə sahələrində də əlaqələrin genişlənməsi üçün imkanların olduğunu vurğulayıb. Nümayəndə heyətinə Azərbaycanda sosial sahədə aparılan islahatlar barədə məlumat verilib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin Təşkilata üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün əhəmiyyətli platforma olduğu bildirilib.

DOST modelinin beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyi qeyd edilib. Seneqal tərəfinin də DOST konsepsiyasına maraq göstərdiyi diqqətə çatdırılıb. Əmək münasibətləri, DOST Mərkəzlərinin yaradılması və xidmətlərin rəqəmsallaşdırılması sahəsində təcrübəmizi Seneqal tərəfi ilə bölüşməyə hazır olduğumuz bildirilib.

İkitərəfli münasibətlərin davamlı inkişafından məmnunluğunu ifadə edən Mamadou Lamine Diante aparılan islahatlar prosesində iki nazirlik arasında əməkdaşlığın genişləndirilməsində, ardıcıl  təcrübə mübadilələrinin aparılmasında maraqlı olduqlarını vurğulayıb.

Görüşdə əmək və məşğulluq, sosial dialoqun inkişafı, sosial xidmətlərin rəqəmsallaşdırılması istiqamətlərində gələcək əməkdaşlıq, bu sahələrdə təcrübə mübadilələrinin aparılması, iki nazirlik arasında əməkdaşlığın hüquqi bazasının yaradılması məsələləri müzakirə edilib.


Bənzər Xəbərlər

04.09.2026 - 23:20Gülnar Əliyeva

Nömrə 1000 dollara, maşın pulsuz satılır

04.09.2026 - 23:17Gülnar Əliyeva

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

04.09.2026 - 18:30Gülnar Əliyeva

3 gün yağış yağacaq - XƏBƏRDARLIQ

04.09.2026 - 18:15Gülnar Əliyeva

Müəllimlərin maaşı belə hesablanacaq

04.09.2026 - 18:00Gülnar Əliyeva

Metronun yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

04.09.2026 - 17:36Gülnar Əliyeva

32 marşrutun hərəkət sxemi dəyişdirildi - Siyahı

04.09.2026 - 17:10Gülnar Əliyeva

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

04.09.2026 - 16:55Gülnar Əliyeva

Bayramov Koşerbayevlə danışdı

04.09.2026 - 16:43Gülnar Əliyeva

Kamilo Duran Şotlandiyada ayın futbolçusu seçildi - Foto

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 959

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 027

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 970

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 777
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.