Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Mehman Hacıyev vəfat etdi – FOTO
  • Kəmaləddin Heydərova yeni təyin olunan müşavir kimdir?
  • Bakıda leysan olacaq – XƏBƏRDARLIQ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Universitetlər bu rayonlara köçürülə bilər – SİYAHI

Universitetlər bu rayonlara köçürülə bilər – SİYAHI

Gündəm Gülnar Əliyeva06.09.2026 - 15:19
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Sentyabrın 15-nə sayılı günlər qalıb. Yeni tədris ili başlayır və minlərlə tələbə rayon və bölgələrdən təhsil almaq üçün Bakıya gələcək. Bu isə paytaxtda onsuz da mövcud olan nəqliyyat problemini, xüsusilə də metroda sıxlıq məsələsini yenidən gündəmə gətirir.

Hazırda metroda aparılan təmir işləri ilə əlaqədar bəzi istiqamətlərdə hərəkətdə məhdudiyyətlərin tətbiqi sərnişin sıxlığını daha da artırıb. Bu vəziyyət xüsusilə yeni tədris ili ərəfəsində tələbələrin və digər sərnişinlərin narahatlığına səbəb olur.

Bəzi vətəndaşlar hesab edirlər ki, Bakıda tələbə sıxlığını azaltmaq üçün ali təhsil müəssisələrinin bir hissəsinin bölgələrə köçürülməsi mütləqdir.

Bəs universitetlərin bölgələrə köçürülməsi real və mümkün variantdırmı? Qarşıdakı 5-10 il ərzində ali təhsil müəssisələrinin bir qisminin regionlara köçürülməsi gözlənilirmi?

Bu, Bakının nəqliyyat yükünün və insan sıxlığının azalmasına nə dərəcədə təsir göstərə bilər?

Yeniera.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, uzun müddətdir Bakının, xüsusilə də nəqliyyat yükünün azaldılması, o cümlədən bəzi universitetlərin regionlara köçürülməsi məsələsi gündəmdədir:

“Lakin bilirsiniz ki, bu, eyni zamanda çox ciddi maliyyə tutumlu bir layihə ola bilər. Çünki universitetlərin əksəriyyəti dövlət büdcəsindən maliyyələşir, onların fəaliyyəti üçün dövlət büdcəsindən vəsaitlər ayrılır və belə bir köçürülmə böyük investisiya və maliyyə vəsaiti tələb edir. Amma düşünürəm ki, bəzi böyük universitetlərimizi bölgələrə, xüsusilə də işğaldan azad olunmuş ərazilərimizə köçürməklə həm həmin bölgələrin iqtisadi inkişafını təmin etmiş olarıq, həm də orada yeni iqtisadi imkanların və iş yerlərinin yaranmasına səbəb olarıq”.

İqtisadçı bildirib ki, dünyada belə bir təcrübə var ki, hər hansı regionun inkişaf etdirilməsi üçün həmin bölgələrdə universitetlər yaradılır:

“Bunun nəticəsində həm əhalinin və tələbələrin həmin bölgələrə axını artır, həm də regionda müəyyən iqtisadi aktivliyin təmin olunması üçün imkanlar yaranır. Hazırda bizim bölgələrin bir çoxunda universitetlər fəaliyyət göstərir.

Qarabağ Universiteti açılıb, Gəncədə, Mingəçevirdə və digər şəhərlərdə də universitetlər var. Hesab edirəm ki, bəzi universitetlərin Ağdam, Yevlax və digər işğaldan azad olunmuş ərazilərimizə köçürülməsi daha məqsədəuyğun olardı”.

Eyyub Kərimli hansı universitetlərin köçürülə biləcəyini də açıqlayıb:

“Bu universitetlər arasında xüsusilə İqtisadiyyat və Mühəndislik Universitetini vurğulamaq istərdim. Düşünürəm ki, həmin universitetin bölgəyə köçürülməsi yerli kadrların hazırlanmasına və regionun inkişafına ciddi töhfə verə bilər. Texniki Universitetin, həmçinin İqtisad Universitetinin müəyyən fakültə və ya struktur bölmələrinin bölgələrə köçürülməsi də əhəmiyyətli nəticələr verə bilər. Eyni zamanda, şəhərin mərkəzində yerləşən digər universitetlərin, o cümlədən Pedaqoji Universitetin müəyyən hissələrinin də Bakıdan regionlara köçürülməsi nəzərdən keçirilə bilər. Bu, bir tərəfdən paytaxtın üzərindəki yükün, xüsusilə nəqliyyat yükünün azalmasına, digər tərəfdən isə regionların iqtisadi və sosial inkişafına əhəmiyyətli töhfə verə bilər”.

Bənzər Xəbərlər

07.09.2026 - 01:47Gülnar Əliyeva

 Mehman Hacıyev vəfat etdi - FOTO

06.09.2026 - 22:52Gülnar Əliyeva

Kəmaləddin Heydərova yeni təyin olunan müşavir kimdir?

06.09.2026 - 20:37Gülnar Əliyeva

Bakıda leysan olacaq - XƏBƏRDARLIQ

06.09.2026 - 15:40Gülnar Əliyeva

İlham Mirzəyev xəstəxanaya yerləşdirildi

06.09.2026 - 13:00Gülnar Əliyeva

Azərbaycana bu tarixdə qar YAĞACAQ  — RƏSMİ

06.09.2026 - 01:47Gülnar Əliyeva

İranda neft tankeri partladı - Çox sayda ölən var

06.09.2026 - 01:44Gülnar Əliyeva

"Qarabağ"da gözlənilməz ayrılıq 

05.09.2026 - 18:30Gülnar Əliyeva

Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı

05.09.2026 - 16:10Gülnar Əliyeva

Əhaliyə xəbərdarlıq:Sentyabrın 7-dən 8-i səhərədək

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 963

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 030

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 971

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 779
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.