Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Şahin Qasımov vəfat etdi
  • “Majestic Shamakhi”də rezervasiya qalmaqalı: Dövlət qurumundan açıqlama
  • Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Üç övladı olanların NƏZƏRİNƏ: Bu qədər ala bilərsiniz – YENİ QAYDA

Üç övladı olanların NƏZƏRİNƏ: Bu qədər ala bilərsiniz – YENİ QAYDA

Cəmiyyət Gülnar Əliyeva07.09.2026 - 10:38
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişiklik qəbul edilərsə, həmin ailələr üçün əlavə sosial dəstək mexanizmlərinin tətbiqi mümkün olacaq.
Artıq sözügedən təklif Milli Məclisə təqdim olunub. Mövcud meyarın dəyişdirilməsi hansı imkanlara şərait yaradacaq?

Yeniera.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov bu təklif ölkənin demoqrafik siyasətinə yenidən baxılması baxımından mühüm addımdır deyib.

“Hazırda 5-dən çox övladı olan qadınlara hər uşağa görə aylıq 140 manat müavinət ödənilir. Bu hüquq altıncı uşağın 1 yaşı tamam olduqdan sonra yaranır və 18 yaşı tamam olan ayın sonunadək davam edir. Yəni mövcud sistemdə dövlət dəstəyindən yararlanmaq üçün ailənin ən azı 6 uşağının olması tələb olunur. Təklif olunan dəyişiklik isə bu yanaşmanı əhəmiyyətli dərəcədə dəyişə bilər. 3 və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması, hər birinə görə sosial ödəniş imkanının yaradılması, həmçinin uşaqların sayından asılı olaraq pensiya yaşının 3, 4 və 5 il azaldılması nəzərdə tutulur”, – deyə o qeyd edib.

İqtisadçı bildirib ki, burada əsas məsələ üçüncü uşağın ailə üçün yaratdığı əlavə iqtisadi yükün dövlət tərəfindən nə dərəcədə kompensasiya olunmasıdır:

“Üçüncü uşaq ailənin yalnız ərzaq və geyim xərclərini artırmır. Mənzil, təhsil, səhiyyə, nəqliyyat və uşaq baxımı ilə bağlı əlavə xərclər yaranır, eyni zamanda valideynlərin əmək bazarında iştirak imkanlarına da təsir göstərə bilir. Ona görə də məqsəd doğum səviyyəsinin artırılmasıdırsa, yalnız aylıq müavinətlə kifayətlənmək olmaz. Kompleks ailə siyasəti formalaşdırılmalıdır. Buraya uşağa görə ödənişlə yanaşı vergi güzəştləri, mənzil dəstəyi, məktəbəqədər təhsil imkanlarının genişləndirilməsi, çoxuşaqlı ailələr üçün nəqliyyat və kommunal güzəştlər kimi mexanizmlər də daxil edilməlidir.

Digər tərəfdən, belə bir siyasətin dövlət büdcəsinə yaradacağı maliyyə yükü də nəzərə alınmalıdır. Bu baxımdan mərhələli keçid iqtisadi cəhətdən daha əsaslandırılmış yanaşmadır. Lakin mərhələlilik sosial dəstəyin qeyri-müəyyən müddətə təxirə salınmasına çevrilməməlidir. Dövlət əvvəlcədən konkret yol xəritəsi müəyyən etməlidir. Məsələn, birinci mərhələdə 5 və daha çox, ikinci mərhələdə 4 və daha çox, üçüncü mərhələdə isə 3 və daha çox uşaqlı ailələrin sistemə daxil edilməsi nəzərdə tutula bilər. Hər mərhələnin müddəti və maliyyə təminatı əvvəlcədən açıqlanmalıdır”.

Ekspert qeyd edib ki, ən mühüm məsələ müavinətin məbləğidir:

“Hazırda 5-dən çox uşağı olan qadınlara hər uşağa görə 140 manat ödənilir. 2018-ci ildə bu məbləğ 33 manat olduğu halda, 2025-ci ildə 140 manata yüksəlib. Lakin inflyasiya və ailələrin real xərcləri nəzərə alınmadan yalnız nominal artım əsasında sosial siyasətin effektivliyini qiymətləndirmək düzgün deyil.

3 uşaqlı ailələrin çoxuşaqlı ailə kimi tanınması yalnız müavinət məsələsi kimi müzakirə edilməməlidir. Çoxuşaqlı ailələrə dövlət dəstəyi ilə bağlı vahid yanaşma formalaşdırılmalı, ailələrin uşaqların sayından asılı olaraq əldə etdiyi sosial, vergi, mənzil, təhsil və pensiya hüquqları sistemli şəkildə birləşdirilməlidir”.

Bənzər Xəbərlər

07.09.2026 - 18:26Gülnar Əliyeva

Şahin Qasımov vəfat etdi

07.09.2026 - 17:45Gülnar Əliyeva

"Majestic Shamakhi"də rezervasiya qalmaqalı: Dövlət qurumundan açıqlama

07.09.2026 - 17:41Gülnar Əliyeva

Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı

07.09.2026 - 17:36Gülnar Əliyeva

Bakıda bu sənədsiz evlər söküldü - FOTO

07.09.2026 - 16:59Gülnar Əliyeva

Anar Məmmədliyə HÖKM OXUNDU

07.09.2026 - 16:52Gülnar Əliyeva

Əhməd Məmmədzadə azadlığa buraxıldı

07.09.2026 - 15:44Gülnar Əliyeva

Ceyhun Nəsibov bu mərkəzə direktor təyin olundu - FOTO

07.09.2026 - 15:41Gülnar Əliyeva

İlham Mirzəyevin vəziyyəti ağırdır

07.09.2026 - 14:45Gülnar Əliyeva

Zəng etməzdən əvvəl bir daha DÜŞÜNÜN: CƏRİMƏ OLUNACAQSINIZ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 971

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 036

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 974

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 780
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.