Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezident fərman imzaladı
  • Azərbaycanda zəlzələ oldu
  • “Sabah” “Mançester Yunayted”ə qarşı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Azərbaycanda iqlim stansiyalarının sayı artırılacaq

Azərbaycanda iqlim stansiyalarının sayı artırılacaq

Cəmiyyət Gülnar Əliyeva08.09.2026 - 11:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Hazırda 151 iqlim stansiyası hava proqnozlarının hazırlanması üçün məlumat təmin edir”.

Yeniera.az APA-ya istinadən xəbər verir ki, bunu “Bakı İqlim Həftəsi 2026” (BCAW 2026) çərçivəsində keçirilən “Süni intellektin çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları” mövzusunda paneldə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

O bildirib ki, əlavə 30 iqlim stansiyasının quraşdırılması planlaşdırılır. Bununla da şəbəkədəki stansiyaların ümumi sayının 181-ə çatdırılması nəzərdə tutulur.
Nazir müavini qeyd edib ki, məlumat yalnız fermer üçün konkret xidmətə və faydaya çevrildiyi zaman real dəyər yaradır:

“Məhz buna görə süni intellekt proqramımız bitki sağlamlığının monitorinqi, xəstəlik və zərərverici risklərinin qiymətləndirilməsi, məhsuldarlığın və suya tələbatın proqnozlaşdırılması, eləcə də suvarmanın idarə olunması kimi praktik tətbiqləri əhatə edir.

Bu həftə Bakıda aparılan müzakirələr və görülən işlər də məhz bu tərəfdaşlığın COP31 istiqamətində davam etdirilməsinə xidmət edir.

Süni intellekt insanın qərar qəbuletmə prosesini əvəz etməməli, əksinə, onu gücləndirməlidir. Meteoroloji məlumatlar bir qurumda, su ehtiyatlarına dair məlumatlar digər qurumda, kənd təsərrüfatına dair məlumatlar isə başqa bir sistemdə formalaşa bilər. Lakin fermer bütün bu risklərlə eyni vaxtda üzləşir. Buna görə də informasiya sistemlərimiz və institutlarımız arasında qarşılıqlı əlaqə eyni dərəcədə güclü olmalıdır”.

İ.Qədimova vurğulayıb ki, süni intellekt dövlət səviyyəsində qərar qəbuletmə proseslərinə daha dərindən inteqrasiya olunduqca məlumatların idarə edilməsi, kibertəhlükəsizlik, şəffaflıq, etibarlılıq və rəqəmsal inklüzivlik məsələlərinə də xüsusi diqqət yetirilməlidir.

“Ən vacibi isə rəqəmsal transformasiyanın kənd təsərrüfatında yeni bərabərsizlik yaratmasına imkan verməməkdir. Kiçik fermer də iri kənd təsərrüfatı müəssisəsi qədər erkən xəbərdarlıq sistemlərinin imkanlarından faydalana bilməlidir.

Əsas meyar düzgün məlumatın düzgün fermerə, düzgün zamanda çatması və onun vaxtında düzgün qərar qəbul etməsinə imkan yaratmasıdır. Buna nail ola bilsək, süni intellekt sadəcə texnoloji yenilik olmaqdan çıxaraq aqrar sektorun dayanıqlılığının gücləndirilməsi üçün mühüm vasitəyə çevriləcək”, – deyə nazir müavini əlavə edib.

Bənzər Xəbərlər

10.09.2026 - 10:38Gülnar Əliyeva

Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı

10.09.2026 - 10:12Gülnar Əliyeva

Qapınıza bu sənəd asılıbsa, diqqətli olun! – Xəbərdarlıq

10.09.2026 - 02:10Gülnar Əliyeva

Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM

10.09.2026 - 00:52Gülnar Əliyeva

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

09.09.2026 - 16:32Gülnar Əliyeva

Dövlət Turizm Agentliyinin səriştəsizliyi Azərbaycan turizmini məhv edir!

09.09.2026 - 16:01Gülnar Əliyeva

Baş nazirdən ADSEA ilə bağlı qərar 

09.09.2026 - 13:58Gülnar Əliyeva

Ağır məktəb çantaları uşaqların onurğasına necə təsir edir? – Əziz Dərvişov AÇIQLADI

09.09.2026 - 13:33Gülnar Əliyeva

Orxan Məmmədov vəzifəsindən azad edilib

09.09.2026 - 13:20Gülnar Əliyeva

Anar Bayramov direktor müavinini işdən çıxardı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 984

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 051

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 981

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 789
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.