Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycanlı kriminal avtoritet belə HƏBS EDİLDİ
  • Ağır məktəb çantaları uşaqların onurğasına necə təsir edir? – Əziz Dərvişov AÇIQLADI
  • Milli parkda nələr baş verir? – Polis 4 nəfəri saxladı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Prezident həmkarını təbrik etdi

Prezident həmkarını təbrik etdi

Siyasət Gülnar Əliyeva09.09.2026 - 12:45
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.

Yeniera.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Emoməli Şərifoviç,

Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Ötən otuz beş il ərzində Sizin uzaqgörən və qətiyyətli rəhbərliyiniz sayəsində Tacikistan dövlət quruculuğu, daxili sabitliyin bərqərar olunması və sosial-iqtisadi tərəqqi sahəsində böyük inkişaf yolu keçmiş, qlobal arenada nüfuzunu və mövqeyini möhkəmləndirmişdir. Tacikistanın müstəqillik tarixi və əldə etdiyi bütün nailiyyətlər Sizin adınızla bağlıdır.

Ortaq dini-mədəni və tarixi köklərlə bağlı olan xalqlarımızın iradəsini özündə əks etdirən Azərbaycan-Tacikistan dostluğu və qardaşlığının möhkəmlənməsi və gündən-günə yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Şübhəsiz ki, ali səviyyəli fəal dialoq, müntəzəm təmaslar, sıx əməkdaşlığımız bu əlaqələrin daha sürətlə inkişafına və dərinləşməsinə şərait yaradır.

Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Tacikistan əlaqələri və strateji tərəfdaşlığı bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və daha da möhkəmlənməyə davam edəcəkdir.

Hörmətli Emoməli Şərifoviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, qardaş Tacikistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.

Bənzər Xəbərlər

09.09.2026 - 14:00Gülnar Əliyeva

Azərbaycanlı kriminal avtoritet belə HƏBS EDİLDİ 

09.09.2026 - 13:46Gülnar Əliyeva

Milli parkda nələr baş verir? - Polis 4 nəfəri saxladı

09.09.2026 - 13:33Gülnar Əliyeva

Orxan Məmmədov vəzifəsindən azad edilib

09.09.2026 - 13:20Gülnar Əliyeva

Anar Bayramov direktor müavinini işdən çıxardı

09.09.2026 - 13:07Gülnar Əliyeva

IV İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirilir - Foto

09.09.2026 - 12:55Gülnar Əliyeva

Şəkiyə evlilik ildönümünü qeyd etməkçün gedibmiş - DOST başsağlığı verdi

09.09.2026 - 12:32Gülnar Əliyeva

Sükan arxasında bu mahnıları dinləməyin - Siyahı 

09.09.2026 - 12:18Gülnar Əliyeva

Maskdan səs-küyə səbəb olan 2036-cı il - Proqnozu

09.09.2026 - 12:05Gülnar Əliyeva

İran ABŞ-nin döyüş esmineslərinə hücum etdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 976

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 045

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 979

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 784
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.