Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Vüsal Rzayev – rəqəmsal mediada aktiv kontent yaradıcı
  • Bakıda 15 yaşlı qız itkin düşüb
  • DTX-nin saxladığı “Çevik” həbs olundu
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Qazla bağlı məhdudiyyət tətbiq edildi – Səbəb nədir? – YENİLƏNİB

Qazla bağlı məhdudiyyət tətbiq edildi – Səbəb nədir? - YENİLƏNİB

Cəmiyyət Gülnar Əliyeva13.09.2026 - 13:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Gəncədə 35-40 min abonentin qaz təchizatında fasilə yaranıb.

Yeniera.az xəbər verir ki, fasiləyə səbəb ötən axşam Gəncə-Bakı magistral yolunun tunel hissəsində baş verən qəza olub.

Belə ki, ərazidən keçən iri həcmli elektrik xəttində yaranan qısaqapanma nəticəsində yanğın baş verib. Yanğın zamanı 215 millimetr diametrli orta təzyiqli qaz xətti zədələnib.

Gəncə Regional Qaz İstismarı İdarəsinin Gəncə xidmət sahəsinin rəis müavini Samin Hacıyev bildirib ki, hadisədən dərhal sonra əraziyə qurumun əməkdaşları və xüsusi texnikaları cəlb olunub.

Onun sözlərinə görə, hazırda qaz xəttində təxirəsalınmaz təmir-bərpa işləri aparılır: “Hazırda əməkdaşlarımız və xüsusi texnikalar hadisə yerindədir. Təmir-bərpa işləri davam etdirilir. Yanğın ərazidən keçən iri həcmli elektrik xəttində yaranan qısaqapanma nəticəsində baş verib. Nəticədə qaz xətti zədələnib və ani alışma meydana gəlib. Hazırda mütəxəssislər tərəfindən təmir işləri aparılır.”

Qeyd edək ki, hazırda şəhərin bir hissəsində qaz təchizatı dayandırılıb. Samin Hacıyev əlavə edib ki, işlərin günorta saatlarında yekunlaşdırılması və qaz təchizatının bərpa olunması gözlənilir.

***

Gəncə şəhərinin bəzi ərazilərində qaz təchizatı məhdudlaşdırılıb.

Yeniera.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, şəhərin Avtovağzal ərazisinə yaxın hissəsində yerləşən tunelin içərisində yüksək gərginlikli elektrik naqillərində və üzərində olan şitdə sentyabrın 12-də yanğın baş verdiyindən texniki təhlükəsizlik tədbiri olaraq “Avtozavod”, “Sənaye” və “Şəhər-1” orta təzyiqli qaz xətlərindən qaz təchizatı məhdudlaşdırılıb.

Tuneldə yanğın söndürüldükdən sonra hadisə şəraitinin qiymətləndirilməsi və qaz təchizatının bərpası üçün lazım olan maddi-texniki və əmək resursları hadisə yerinə cəlb olunacaq.

Bənzər Xəbərlər

14.09.2026 - 20:49Gülnar Əliyeva

Vüsal Rzayev – rəqəmsal mediada aktiv kontent yaradıcı

14.09.2026 - 18:22Gülnar Əliyeva

Bakıda 15 yaşlı qız itkin düşüb

14.09.2026 - 17:23Gülnar Əliyeva

Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir — FOTOLAR

14.09.2026 - 16:50Gülnar Əliyeva

Mario Çavesə AZAL-da vəzifə verildi

14.09.2026 - 16:38Gülnar Əliyeva

Bu sayda insanın maaşı artdı - Nazirin açıqlaması

14.09.2026 - 16:25Gülnar Əliyeva

Müəllimlər vahid geyim formasına keçirlər - Nazir açıqladı

14.09.2026 - 16:12Gülnar Əliyeva

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

14.09.2026 - 16:11Gülnar Əliyeva

Məktəblərdə dərs saatı ilə bağlı SON DƏQİQƏ açıqlaması - Nazir nöqtə qoydu

14.09.2026 - 16:10Gülnar Əliyeva

Emin Əmrullayev açıqladı: Bu müəllimlərin maaşı artacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 028

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 070

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 001

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 802
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.